İtkin düşən alpinistlərdən SON XƏBƏR: Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə...

İtkin düşən alpinistlərdən SON XƏBƏR: Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə...Alpinistlərin dostları xaricdən əlavə qüvvənin gətirilməsini tələb edirlər; axtarış qrupu bildirir ki, bütün qüvvələr iş başındad0ır, amma nəticə yoxdur...

Dekabrın 25-dən Tufandağda itkin düşmüş gənc alpinistlər - Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışları artıq on günə yaxındır ki, nəticə vermir. Günlər keçdikcə onların sağ qalma ehtimalı da azalmaqdadır.

Məsələ burasındadır ki, axtarış aparılan günlər ərzində alpinistlərin heç kiçik bir izlərinə də rast gəlinməyib. Axtarış qrupunun ərazidə üç istiqamət üzrə işlədikləri söylənilir. Lakin buna baxmayaraq, heç bir nəticə yoxdur. Gənc alpinistlərin yürüş etdikləri günlərdə Tufandağda bir neçə yerdə qar uçqunu baş verib. Uçqun nəticəsində ərazidə təxminən 3 metrə qədər qar var. Lakin itkin düşən alpinistlərin üzv olduğu "Gilavar" - hava və ekstrim idman klubunun rəhbəri Ziya Qasımov bakipost.az saytına müsahibəsində bildirib ki, qrup üzvləri qar uçqununun altında qalmaya bilərlər: "Qar uçqununun altında qalma versiyası daha çox səsləndirilir. Amma onların bir əşyası tapılmayıb deyə 100 faiz nəsə demək olmur. Biz bu versiyanın üzərində dayanıb, gücü qar uçqununun altında adam axtarmağa sərf etsək, sabah isə onların, məsələn, Qəbələdə meşədə başlarına bir iş gəldiyini öyrənsək, bu çox böyük faciə olar. Bu səbəbdən bütün versiyaları işləyirik".

İtkin alpinistlərin dostları isə musavat.com vasitəsilə ictimailəşdirdikləri müraciətlərində müvafiq qurumlardan xaricdən texnikanın gətirilməsini, təcrübəli alpinistlərin işə cəlb olunmasını, qar əridən maddələrdən istifadə edilməsini xahiş etmişdilər. Onlar iddia edirlər ki, ərazidə olublar və müşahidə ediblər ki, axtarışlar heç də lazımi səviyyədə aparılmır.

Müraciətdən sonra yanvarın 3-də Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin rəhbərliyi ilə əməliyyat müşavirəsi keçirilib. Bildirilir ki, əməliyyat müşavirəsində axtarış-xilasetmə işlərinə cəlb olunmuş qurumların rəhbər şəxsləri iştirak ediblər.

Əməliyyat müşavirəsində alpinistlərin axtarışları ilə əlaqədar bu günədək görülən işlər təhlil olunub, növbəti günlərdə görüləcək işlər nəzərdən keçirilib və müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, son günlər meteoroloji şəraitin kəskin pisləşməsini nəzərə alaraq axtarış-xilasetmə tədbirləri davam edib.

Məsələ sosial şəbəkələrin də gündəmindədir. Bir çox ictimai şəxslər itkin düşən alpinistlərlə bağlı statuslar yazaraq, onların dostlarının müraciətlərində haqlı olduqlarını söyləyirlər.

İtkin düşən alpinistin dostu Emin Abbasov da təsdiqləyib ki, müraciətlərini yaydıqdan sonra məsələ daha da ictimailəşdi: "İnsanlar indi daha çox məsələ ilə maraqlanırlar. Axtarışlar da bildiyim qədəri ilə müracitəmizdən sonra bir qədər gücləndirilib. Ancaq məsələni siyasiləşdirmək istəyən şəxslər də var ki, biz bunun əleyhinəyik. Prosesi siyasiləşdirmək olmaz. Burada məsələ 3 gəncin həyatından gedir".

"Gilavar" - hava və ekstrim idman klubu isə yanvarın 4-də bəzi media qurumlarını qınayan bəyanat yayıb. Belə ki, klubun rəsmi səhifəsində aşağıdakılar bildirilib: "Bəzi media qurumları qeyri-peşəkarlıq göstərərək yanlış informasiyalar verməyə davam edirlər. Birbaşa klubun direktoru Ziya Qasımovun adından istifadə etməklə, guya axtarışların dayandırılması və ya Qəbələdə dağçılarımızın izinə rast gəlindiyi barədə əsassız xəbərlər tirajlanır. Nəzərə almaq lazımdır ki, hər kəs bir xəbər gözləyir, bu xırda xəbər portalları İP, reytinq xətrinə belə fırıldaqlara yol atmaqla hazırda gözüyaşlı gözləyən nə qədər insanın hissləri ilə oynayır. Üstəlik, Xəzər TV kimi kifayət qədər izləyici kütləsi olan bir kanal da xəbərlər buraxılışında bu əsassız informasiyalara istinad edir. Bəli, Qəbələdə də axtarışlar edilib, ancaq heç bir izə rast gəlinməyib, üstəlik, klubumuzdan heç kəs də belə bir informasiya verməyib ki, Qəbələdə izlər var və s. Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik, bu qədər insanın hisslərindən öz reklamı üçün istifadə edənləri öz vicdanlarına buraxırıq, amma dağçılarımız sağ-salamat qayıdan kimi qeydə aldığımız bütün faktlarla bağlı müvafiq tədbirlər görüləcək".

Yayılan açıqlamada dağçıların icazəsiz getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirilib: "Digər bir yanlış informasiya isə dağçıların icazəsiz getməsi, hərəkət istiqaməti və planı barədə heç kəsə məlumat verməməsidir. Bu mümkün olacaq şey deyil, çünki bu ekspedisiya barədə 4 mərhələdən ibarət icazə alınır. Klubun və rəsmi orqanların xəbəri olur. Gedəcəkləri marşrut da öncədən müəyyənləşir, ancaq həyati təhlükə olarsa, dağda onlar başqa marşrutdan məcburi istifadə edə bilərlər".

"Unikal.org xəbər verir ki, Yeni Müsavat"a danışan "LAYF" Xeyriyyə İctimai Birliyinin sədri alpinist Emil Vəliyev bildirib ki, əslində indiki şəraitdə alpinistlərin geyimləri onları qardan qoruya bilməz: "Uçqun zamanı təmas qarda və ya çadırda ola bilər. Əgər uçqun zamanı təmas qardırsa, o zaman geyim uzun müddət kömək etmir. Ən yaxşı geyimlər belə bir müddət sonra islanmağa başlayır. Əksər geyimlər, tanınmış brend ayaqqabılar belə yağışdan qorusa da, qardan qorumur. "Qoretex" dediyimiz material var ki, bu, yağışdan və qardan qoruya bilər. Ancaq qarla təmasda olan zaman birinci təsir edən soyuqdur. Soyuqdan isə yalnız qaz tükündən olan xüsusi geyimlər qoruyur. İnanmıram ki, dekabr ayında alpinistlər bu geyimlərlə dağa getsin. Kurtkalar qaz tükündən ola bilər. Şalvarlarda isə bu belə deyil. Çünki bizim dağlarda çox da soyuq olmadığı üçün alpinistlər çox zaman bu cür geyimlərdən istifadə etmir".

Vəliyev bildirib ki, alpinistlərin itkin düşdüyü yerdən Qəbələyə, Xınalığa, qərargah qurulan yerə də getmək olar: "Sadəcə olaraq oradan Rusiyaya keçmək olmaz. Dağıstana keçmək üçün gərək özümüzün "Şahdağ", "Bazardüzü" kimi 4000-lik zirvələr keçilsin ki, bunu etmək mümkün olsun. Fiziki olaraq kiminsə gedə biləcəyini söyləyə bilmərəm. Ancaq marşrutlar var".

Xəbərlər     Baxılıb: 6017   Tarix: 05 yanvar 2018
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar geyim və ayaqqabılar qadin dunyasi goyemin faydasi ariqlamaq ucun yasil cay ciyer qovurma südlü şirniyyat kosmetika ağır itki vusale elizade atalar sözləri hakışta oğlaq