İtkin düşən alpinistlərlə bağlı açıqlama: "Onlar diri-diri basdırıldılar"
Dekabrın 23-də itkin düşən "Gilavar" hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.
Xanim.az-ın xəbərinə görə bu barədə Lent.az-a "Gilavar" Hava və Ekstrem İdman Klubunun rəhbəri Ziya Qasımov məlumat verib.
Onun sözlərinə görə, axtarışlar alpinistlər tapılana qədər davam edəcək:
"Onların tapılmasına ümidlərimiz böyükdür, hər 3-ü təcrübəli alpinistdir. Baburun üzərində 27 kiloqramlıq yol çantası olub, ola bilməz ki, oradan hansısa bir əşyanı biz tapmayaq. Bəzən saytlar uydurma xəbərlər verirlər, az qala onları diri-diri basdırırlar. Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik".
Z. Qasımov bildirib ki, axtarışlar Mahmuddərə ərazisində davam edir. Hazırda axtarışlarda FHN-nin 10 əməkdaşı və 10 nəfər idmançı iştirak edir.
Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Binnur Kaya ekranlara geri dönür
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Qamze illər sonra yeni layihədə yer alacaq
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Məşhur müğənniyə ağır itki
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO
Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq