İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - Alimlər

İtlərlə təmas uşaqları ekzema xəstəliyindən qoruya bilər - AlimlərUşaqların heyvanlarla, xüsusilə də itlərlə erkən təması atopik ekzemanın - dəriyə təsir edən xroniki iltihablı xəstəliyin yaranma ehtimalını azalda bilər. Bu nəticəyə Edinburq Universitetinin alimləri gəliblər. 
Milli.Az hit.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Allergy" jurnalında dərc olunub.
Tədqiqatçılar ekzema ilə əlaqəli olan 24 əsas genetik variantın uşaqlıq dövründəki ətraf mühit faktorları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirmək üçün 16 Avropa tədqiqatının məlumatlarını təhlil ediblər. Əlavə olaraq, onlar 10 müstəqil tədqiqatın nəticələrindən də istifadə edərək laborator sınaqlar həyata keçiriblər.
25 mindən çox iştirakçının cəlb olunduğu ilkin təhlil göstərib ki, antibiotik qəbulu, ev heyvanlarının olması, ana südü ilə qidalanma, siqaret tüstüsünə məruz qalma, doğum sırası və gigiyenik vərdişlər kimi faktorlar ekzema ilə əlaqəli genlərlə qarşılıqlı təsir göstərə bilər. Ümumilikdə 14 mühüm qarşılıqlı təsir müəyyən edilib.
Alimlərin diqqətini xüsusilə beşinci xromosomda yerləşən bir genetik variant cəlb edib. Bu variant, immun sistem üçün vacib olan interleykin-7 reseptorunu kodlaşdıran genin yaxınlığında yerləşir. Aydın olub ki, itlərlə təmas bu genetik variantın təsirini zəiflədərək dəridəki iltihab riskini azalda bilər.
Laboratoriya sınaqları sübut edib ki, bu heyvanlarla qarşılıqlı təmas interleykin-7 reseptor geninin dəriyə təsir edən ifadəsini dəyişdirə bilər ki, bu da iltihabəleyhinə təsir yaradır. Bununla belə, alimlər bu mexanizmin daha dərindən öyrənilməsi üçün əlavə tədqiqatların aparılmasının vacibliyini vurğulayırlar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1026   Tarix: 08 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

kosmetoloq reseptler qadin sayti klyos donlar 2026 vetene aid bayatilar doğuşa hazırlıq hakişta kosmetika vətən haqqında bayatı janrlar zehmet ve zinet cantalar birlik