İvanka Trampı heyran qoyan azərbaycanlı Reyhana vəzifə verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində yağış suyundan enerji alınmasına imkan verən "Rainenergy" qurğusu ilə Azərbaycanı təmsil etmiş Reyhan Camalova ilə görüşüb.
Agentlikdən Xanim.az-a verilən məlumata görə, görüş zamanı məktəb və universitetlərdə innovasiyaların təşviqi, ideyaların toplanılması və gənclərin, xüsusilə məktəblilərin bu prosesə cəlb edilməsi istiqamətində işlərə dair müzakirələr aparılıb.
Həmçinin Reyhan Camalova gənc innovativ məktəbli kimi Dövlət Agentliyinin İdeya müvəkkili vəzifəsinə təyin edilib. Belə ki, ona 2 il ərzində Dövlət Agentliyində ictimai əsaslarla fəaliyyət göstərməsi, innovativ ideyaları olan istedadlı gənclərin layihələrini üzə çıxarması və reallaşdırmasına dəstək göstərməsi üçün xidməti vəsiqə təqdim edilib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Binnur Kaya ekranlara geri dönür
Barış qızıl medal qazandı
Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi
Qamze illər sonra yeni layihədə yer alacaq
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Qaraciyər üçün hansı içkilər yaxşıdır? - Cavab düşündüyünüzdən sadədir
Məşhur müğənniyə ağır itki
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO
Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq