Kalsiumun ürək-damar sistemi üçün təhlükələri - Həkim DANIŞDI

Kalsiumun ürək-damar sistemi üçün təhlükələri - Həkim DANIŞDIÜrək-damar xəstəliyi olan xəstələrdə kalsiumun yüksək dərəcədə qəbulu yumşaq toxuma və damarların kalsifikasiyasına səbəb ola bilər. Arteriyaların kalsifikasiyası isə onların sərtliyini artırır, onlar daralır və insult, miokard infarktı kimi yeni ürək-damar hallarının yaranma riski yüksəlir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Gazeta.ru" nəşrinə müsahibəsində rusiyalı kardioloq Yevgeni Kokin danışıb.
"Kalsifikasiya ürəyin fəaliyyətini pisləşdirir ki, bu da ürək ritminin pozulmasına və ürək-damar sisteminə əlavə yük düşməsinə gətirib çıxarır. Bundan əlavə, ürək-damar xəstəliyi olan xəstələrə tez-tez antikoaqulyantlar və digər dərmanlar təyin edilir, həddindən artıq kalsium isə bu dərmanların effektivliyini dəyişə, tromb riskini artıra bilər. Həmçinin həddindən artıq kalsium ürək üçün vacib olan maqnezium və kaliumun udulmasına mənfi təsir göstərə bilər. Bu mineralların balanssızlığı ürək ritminin pozulmalarına və digər ürək-damar problemlərinə səbəb ola bilər", - deyə Yevgeni Kokin əlavə edib.
Geniş yayılmış aterosklerozu olan insanlar üçün də artıq kalsium zərərli ola bilər.
"Ateroskleroz zamanı damarların divarlarında yağ toplanmalarından, xolesterin və digər maddələrdən ibarət aterosklerotik lövhələr əmələ gəlir. Həddindən artıq kalsium istehlakı bu lövhələrin kalsifikasiyası prosesinə səbəb ola bilər ki, bu da damarların qopma ehtimalını artırır", - deyə həkim qeyd edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1137   Tarix: 04 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

toy makiyaji sekilleri kosmetika mehsullari kosmetik vasiteler alin yazisi xanim qafarova dirnaqlar ucun maska bürclər gündəlik düzgün qidalanma kosmetika novruz bayramı mekteb novruz hakistasi kəlamlar vetene aid atalar sozu