Kamilə Babayeva: "Evdə ancaq onun sözü keçir" - FOTOLAR

Azərbaycanın sevilən aparıcısı Kamilə Babayeva Publika.az-ın qonağı olub. Aparıcı sosial şəbəkələrdə qızının üzünü gizlətməsindən, eləcə də işlərindən danışıb.
- Son vaxtlar aparıcıları filmlərdə tez-tez grürük. Bəs siz filmlərdə çəkilmək istərdinizmi?
- Hazırda "Məryəm" serialında çəkilirəm, eyni zamanda "5-ci element" verilişinin çəkilişləri gedir. Təəssüf ki, filmlərdə çəkilməyə hələ ki vaxtım yoxdur.
- "5-ci element"in çəkilişlərindən söz düşmüşkən verilişin ən gənc aparıcısı Farizlə aranız necədir? Ümumiyyətlə, 4 aparıcının birlikdə veriliş aparması asan məsələ deyil. Bir-birinizə ən çox nə ilə bağlı iradlar bildirirsiniz?
- Farizin potensialına bələd olduğumuz üçün ona güvənirik. Arxayınıq ki, verilişdə bizim atmacalarımıza dərhal cavab verəcək, söz altında qalmayacaq. Ranarla da uzun illərdir tanışıq. İrad-mirad kitablarının hamısı çoxdan bağlanıb. Hüsniyə ilə heç bir problemimiz olmur. Uzaqbaşı çəkilişlərə gecikəndə bir-birimizə sifət edə bilərik. Heç vaxt böyük qalmaqallarımız olmayıb. Hər birimiz öz aləmimizdə necə insan olduğumuzu bilirik. Məhz buna görə də "5-ci element" verilişinin ikinci mövsümü hələ də davam edir. Bir də daxilin zəngin olanda orada artıq boş komplekslərə yer qalmır.
- Verilişdə hansı yeniliklər etməyi düşünürsünüz?
- Qonaqdan asılıdır. Qonaq sözün yaxşı mənasında fikirlərində və hərəkətlərində nə qədər rəngarəngdirsə, veriliş bir o qədər maraqlı alınır.
- Qızınızın üzünü hər zaman gizlətməyə çalışırsınız. "İnstagram"da paylaşdığınız şəkillərdə üzü heç zaman görünmür. Nədən bu qədər ehtiyat edirsiniz?
- Özəl səbəbi yoxdur, körpədir. Onun üzərində elə bir ixtiyarım yoxdur ki, sosial şəbəkələrdə üzünü göstərim və hər kəsə tanıdım. Kimsə edirsə, özü bilər. Lakin mən belə hesab edirəm ki, uşağın razılığı olmadan fotolarını paylaşmaq düzgün deyil. Qızım böyüdükdən sonra ürəyi istəyərsə, sosial şəbəkələrdə aktiv olar və öz fotolarını paylaşar. Yəqin ki, gələcəkdə daha fərqli sistemlər mövcud olacaq.
- Sərt anasınız?
- Qətiyyən, qızımın dostuyam.
- Məşhur psixoloq Deyl Karnegi iddia edir ki, hər bir insan gün ərzində heç olmasa 5 dəqiqə dəlilik edir. Əsl müdriklik odur ki, həmin vaxt limitini aşmayasan. Sonucu dəfə etdiyiniz ən böyük çılğınlığı bizə danışa bilərsiniz?
- Bu fikrin əsas məğzi ondan ibarətdir ki, içindəki uşağı öldürmək olmaz. Əgər içindəki uşaq yaşayırsa, sən ona sevincləri yaşatmağı bacarırsansa, kompleksə düşmürsənsə və əndazəni aşmırsansa, deməli, burada heç bir qəbahət ola bilməz. O cümlədən böyük yaşda da zarafatlarının və hərəkətlərinin içində uşaqsayağı çılğınlıq və məsumluğun olmasında pis heç nə yoxdur. Bütövlükdə çılğınlıq insanın ruh halından asılıdır. Vəziyyətdən asılı olaraq bəzən daha emosional, bəzən isə daha sakitliyə qərq olursan.
- Mətbuatı izləyirsinizsə, məşhur psixoloq Dəyanət Rzayevin intihar hadisəsindən xəbəriniz var. Ölkənin tanınmış aparıcısı kimi belə hadisələr sizdə hansı təəssüratı yaradır?
- Əlbəttə ki, kədərlənirəm. İnsanları psixoloji durumdan çıxaran birinin belə bir addım atması həqiqətən çox ağrıdır.
- Kamilə Babayeva üçün uğurlu nikahın açarı?
- Sədaqət və dostluq. Mən sülh tərəfdarıyam. Lakin hər kəslə dostluq və səmimiyyət bu gün o qədər sevilən xüsusiyyətlər deyil. Daha çox davakar və emosiyalarını açıq şəkildə büruzə verəndə sanki daha çox üstün göründüyün kimi təsəvvür yaranır. Sözsüz ki, bununla razı deyiləm. Çox xoşbəxtəm ki, sahib olduğum bu xüsusiyyətlər məni heç vaxt yarı yolda qoymayıb, əksinə udmuşam.
- Evdə sizin yoxsa, həyat yoldaşınızın sözü keçir?
- Heç birimiz, indi ancaq qızımın sözü keçir. (Gülür)
Kamilə Babayeva: "Evdə ancaq onun sözü keçir" - FOTOLARKamilə Babayeva: "Evdə ancaq onun sözü keçir" - FOTOLARKamilə Babayeva: "Evdə ancaq onun sözü keçir" - FOTOLAR

Xəbərlər     Baxılıb: 2191   Tarix: 30 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

gelinlikler sac duzumleri gözəllik məhsulları allergik xəstəliklər hicab 2026 uşaq yeməkləri hamileliyin ilk elameti kosmetika qizliq perdesi zencefil baldiza aid əqrəb bir arzum var