"Kara Sevda"nın bu səhnəsi müzakirə obyekti oldu - FOTOLAR
Bu həftə yayımlanan "Kara Sevda" serialı yenə də sosial medianın ən çox müzakirə olunan mövzularından olub.
Burak Özçivitlə Neslihan Atagülün baş rolda çəkildiyi ekran işindəki səhnələrdən biri tamaşaçıların daha çox diqqətini çəkib.
Belə ki, Burakın köynəyini çıxararaq yarıçılpaq qalması ekran başında olanları iki cəbhəyə bölüb. Bəziləri bunu normal qəbul edərək təqdir etsə də, digər insanlar serialın reytinq qazanması üçün çəkdiyi lazımsız səhnə adlandırıb.