Karantin günlərində həddən artıq yedikdə orqanizmdə nələr baş verir?

Karantin günlərində həddən artıq yedikdə orqanizmdə nələr baş verir?Normadan artıq yemək sağlamlığın pozulmasına və ciddi fəsadlara səbəb ola bilər. Bəzi günlərdə iştah güclənir və yemək istəyinin qarşısını ala bilmirik. Odur ki, hərəkətin azaldığı, həyat tərzinin yavaşladığı karantin günlərində yediklərinizin miqdarına və tərkibinə diqqət etmək xüsusilə vacibdir.
Milli.Az həddən artıq yeməyin orqanizmdə səbəb ola biləcəyi nəticələrlə tanış edir.
Gərginlik, əsəb və konsentrasiya problemləri yaradır
Həddindən artıq yemək yedikdən sonra işinizə fokuslanmaqda çətinlik çəkəcəksiniz. Bu, onu göstərir ki, vücudunuz yediyiniz qidaları həzm etmək üçün çox çalışır. Aşırı yedikdə bədən şəkəri saxlamaq üçün daha çox insulin ifraz edir. Nəticədə şəkərin səviyyəsi xeyli aşağı düşür, bu da sizə narahatlıq yaradır. Bu "hormon oyunu" toxluq hissi vermir, əksinə daha çox yemək istəyirsiniz.
Mədədə narahatlıq
Aşırı yedikdə həzm də sürətlənir. Bu, bağırsaqlarınızın aktivləşməsinə və ishalın yaranmasına səbəb ola bilər. Yavaş-yavaş yemək və yaxşı çeynəmək bu kimi halların qarşısını almağın ən yaxşı yoludur. Əgər ishal varsa, bədənin itirdiyi mayeni bərpa etmək üçün su içməyi unutmayın.
Tərlədir
Həmişəkindən çox yemək maddələr mübadiləsini sürətləndirəcək. Ürək döyüntüsü artır və tərləməyə başlayırsınız. Təəssüf ki, onu dayandırmaq üçün edə biləcəyiniz nəsə yoxdur. Maddələr mübadiləsi bir müddətdən sonra yavaşlayır. Vəziyyəti yaxşılaşdırmaq üçün sadəcə soyuq duş qəbul edə bilərsiniz.
Mədədə artıq qaz yaradır
Yeməklə birlikdə hava da uduruq. Beləliklə, daha çox yemək daha çox hava udmaq deməkdir. Yemək yeyərkən karbonatlı içki içmək daha çox qaz meydana gətirir. Bədənimiz qidanı həzm etdikdə də qaz çıxarır. Odur ki, hava çıxış yolu tapana qədər özünüzü narahat hiss edəcəksiniz. Bunun qarşısını almaq və ya heç olmasa mədəyə gələn havanın miqdarını azaltmaq üçün yavaş-yavaş yeməyə və qidanı yaxşıca çeynəməyə cəhd edə bilərsiniz. Şişkinlik hiss edirsinizə, sürətli gəzin.
Narahatlıq yaradır
Aşırı yemək narahatlıq yaradır və yuxu gətirir. Yuxu hormonlarını pozduğu üçün tonusu aşağı sala bilər. Həddən artıq karbohidrat qəbul etmisinizsə, vaxtında yuxuya getmiş olsanız da, bədəndəki şəkərin səviyyəsi aşağı düşdüyü üçün gecə yenidən iştahınız arta bilər. Belə bir vəziyyətin qarşısını almaq üçün ən yaxşısı odur ki, yatmazdan əvvəl yeməyin. Əgər yatmazdan əvvəl çox yemisinizsə, otağı maksimum qaranlıq edin və otaq temperaturunu aşağı salın.
Başgicəllənmə yaradır
Çox yedikdən sonra yaranan başgicəllənmənin səbəbi maddələr mübadiləsinin sürətlənməsi və qidanı həzm etmək üçün ürək döyüntüsünün artmasıdır. Yenə də bu hissi tarazlaşdırmaq üçün heç bir şey edilə bilməz. Daha rahat hiss etmək və bu hissi aradan qaldırmaq üçün dincəlin, bol maye için.
Qarın şişməyə başlayır
Şalvarınızın kiçildiyini düşünə bilərsiniz, əslində böyüyən mədənizdir! Narahat olmayın, yemək həzm edildikdən sonra mədə normal ölçüsünə qayıdır. Bunun qarşısını almağın ən asan yolu yavaş-yavaş yeməkdir. Bu, qidadan aldığınız ləzzəti artırmaqla yanaşı, doyma mesajının beyninizə çatdırılmasına imkan yaradır. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1556   Tarix: 12 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

geyim şəkilləri geymler 2026 maskalar çimərlik dəbi sirin qiz statuslari balqabaq plov ataya aid atalar sozleri kosmetika faydalı bilgilər sirniyatlar vətənə aid atalar sözləri sperma zehmet ve zinet