Kartofu qabıqsız yemək böyük səhvdir - İNANILMAZ FAYDALARI

Kartofu qabıqsız yemək böyük səhvdir - İNANILMAZ FAYDALARIHəkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.

Xanim.az xəbər verir ki, alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.

Qabığı ilə bərabər yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti nəzdindəki sağlam qida forumunun sabiq prezidenti doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır. Kartofdan təmizlənmiş bir yumruq həcmində qabıq orqanizmi həkimlərin tövsiyə etdiyi həll olunan lif, kalsium, dəmir, fosfor, sink və C vitamini kimi gündəlik dozanın yarısını əvəz edə bilər. Lakin kartofun qabığı bir qayda olaraq zibil yeşiyinə atılır.

Xərçəng xəstəliklərindən qorunmada faydalıdır. Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyərdə və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Qırmızı kartofun tərkində isə ağ kartofa nisbətən antoksidantlar 3-4 dəfə çoxdur.

Beyin və əsəb sisteminin sağlamlığı üçün faydalıdır. Kartof B6 vitamininin mənbəyidir. Bu vitamin uşaqlarda beynin inkişafını stimullaşdırır. Böyüklərdə kartofdan istifadə koqnitiv xüsusiyyətlərin azalma təsiri ilə bağlıdır. Bundan başqa, kartofun tərkibindəki nişasta orqanizmə serotonin, melatonin, noradrenalin kimi yaxşı əhval-ruhiyyə və keyfiyyətli yuxu hormonlarının üzə çıxmasına kömək edir.

Qanda şəkərin miqdarına nəzarət üçün faydalıdır. Kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişli materialdır. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını təsdiqləyirlər.

Hipertoniya zamanı faydalıdır. Kartofun tərkibində kaliumun bolluğu arterial təzyiqə daha yaxşı nəzarət etməyə şərait yaradır.

Dəri sağlamlığında faydalıdır. Kalium ilə zəngin olan kartof kimi ərzaqlar dərinin cavan və təravətli görünüşünün saxlanmasına kömək edir, erkən qırışların əmələ gəlməsinin qarşısını alır. Kalium, həmçinin hüceyrələrin bölünməsini aktivləşdirir ki, bu da dərinin tonusunu və elastikliyini təmin edir.

Mütəxəssislər yalnız suda bişirilmiş və qızardılmış kartofun kalorili əlavələrsiz və soussuz orta miqdarda qəbul olunmasını sağlamlıq üçün daha faydalı hesab edirlər. (Azərtac)

Xəbərlər     Baxılıb: 1782   Tarix: 02 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geyim və ayaqqabılar geyim necə seçməli yemek reseptleri salatlarin hazirlanmasi bezedilmesi yuxa tortu kakao tərbiyə kosmetika xanim az ariqlamaq xanım az sanama itburnu