Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?

Keçi südü ana südünün əvəzləyicisi olar bilərmi?Bir sıra dünyamiqyaslı süni qida istehsalçılarının reklam vasitələrində müxtəlif–inək südü, keçi südü və soya əsaslı körpələr üçün nəzərdə tutulan süni qidalarının təbliğatlarında valideynlərdə etimad doğruracaq mübaliğəli cümlələr eşitmək mümkündür: "Biz körpənizə istehsal etdiyimizin ən yaxşısını veririk!", "Təbii asanlıqla həzm olan!", "Ana südünə bir addım daha yaxın!" və s. Ana südünün tərkibindəki qidalandırıcılar 400-dən artıq olduğu halda, süni qidanın tərkibində 40-ya yaxın qidalandırıcı mövcuddur. Elm və tibb inkişaf etdikcə, süni qida istehsalçıları ana südünə daha çox yaxınlaşmağa çalışırlar. Lakin unutmamalıyıq ki, süni yolla alınan yeni qidalandırıcı ana südünə daha yaxın bir addım ola bilər, amma qarşıda ana südünə bənzərini yaratmaq üçün 100-lərlə addımlar və proseslər keçilməlidir. Ana südü üzərində aparılan irimiqyaslı və bahalı araşdırmalar əslində onun süni alternativini yaratmaq məqsədi güdür. Nəhəng korporasiyaların maddi dəstəyi ilə ana südünün öyrənilməsi və nəticədə əldə olunan hər yeni elmi kəşf dəfələrlə sübut edir ki, ana südü unikaldır, təkrarsız və əvəzolunmazdır.

Valideynlər arasında süni qida istehsalçılarının təbliğatından yaranan çaşdırıcı analyışlardan başqa ənənəvi yalnış anlayışlar da mövcuddur ki, bunlardan biri keçi südünün ana südünə oxşar hesab edilməsidir. Çünki, bu oxşarlıq ana südünə nəzərən deyil, inək südünə nəzərəndir. Yəni inək südünə nisbətən keçi südü ana südünə daha oxşardır. Bu yalnış anlayışlara aydınlıq gətirmək üçün insan, inək və keçi südlərinin müqayisəsinin nəticələrini bilmək gərəkdir:

İnsan südündə yağlar inək və keçi südündəkindən daha çoxdur.
İnsan südündə karbohidratlar inək və keçi südündəkindən daha çoxdur.
İnsan südündə zülallar inək və keçi südündəkindən daha azdır. Məhz bu miqdarda zülal insan övladının unikal zülal ehtiyaclarına tam uyğundur. Beləki, lazımından artıq zülal hələ tam formalaşmamış körpə böyrəklərinə ciddi yükdür.
İnsan südündə bütün lazım olan növ vitaminlər (D vitaminindən başqa) və minerallar mövcuddur. İnsan südü ilə müqayisədə inək və keçi südündə dəmir və mis daha azdır. Lakin insan südündən kalsium və fosforun miqdarına görə daha zəngin olan inək və keçi südü körpənin hələ tam formalaşmamış böyrəklərinə ifrat miqdar ilə ziyan vura bilər.
goat3

Məhz bu səbəbdən körpələrə ana südü və ya süni qidadan əlavə inək və ya keçi südünün verilməsi məsləhət deyil. Dr. Alan Greene qeyd edir ki, uşaqların sağlamlığına verdiyi faydaya görə sözsüz ki, keçi südü inək südündən qat-qat irəlidədir və 1 yaşdan yuxarı uşaqların bir çox qidalandırıcı ehtiyaclarını ödəməyə qadirdir. Bütün pediatrlar yekdil olaraq valideynlərə keçi südünü uşaqlara 1 yaşından sonra verilməsini tövsiyyə edirlər.

Məlumdur ki, keçi südünün bir çox faydaları vardır ki, bu faydalar onu inək südündən daha üstün edir. Dr. Sears keçi südünün aşağıdakı üstünlüklərini sadalayır:

Tərkibindəki turş yağların zənginliyi səbəbilə həzm üçün daha asandır.
Fərqli zülal tərkibinə görə həzm prosesi daha tez və rahat gedir.
Tərkibində daha az allergenlər aşkar edilmişdir.
Tərkibində laktoza dözümsüzlülüyünə səbəb olan maddələr daha azdır.
Baxmayaraq ki, inək və keçi südünün mineral tərkibi ümumən oxşardır, lakin miqdar cəhətdən keçi südü mineral və vitaminlərlə daha zəngindir.
goat2

Azərbaycanda təbii keçi südü üzrə ixtisaslaşan "Ketchi" şirkəti isə öz növbəsində övladları üçün sağlam keçi südü seçimində valideynlərə bir sıra tövsiyyələri var:

Süd təbii yemlə qidalandırılan keçilərdən əldə olunmalıdır.
Keçilərə profilaktika üçün nəzərdə tutulan güclü antibiotik preparatlar verilməməlidir.
Sağılmış südün ultra pasterizə ( 135 dərəcədən yüksək) olunmamalıdır ki, tərkibində olan qidalandırıcı maddələr parçalanıb faydasını itirməsin. Bu səbəbdən "Ketchi" istehsal etdikləri südü 82-83 dərəcədə pasterizə edir.
Südün tərkibində məhsulun rəf həyatını uzadan kimyəvi qatqılar olmamalıdır. Təbii qatqısız keçi südü düzgün hərarətdə saxlandığı halda 7 gündən uzun ömrü yoxdur.
Keçi südü şüşə qablaşdırmada daha dadlı və faydalı olur. Plastik qablaşdırma südün təravətini qorusa da, şüşə bağlamalara daha çox üstünlük verilməlidir.
vib.az

Xəbərlər     Baxılıb: 1889   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

qadın geyimi qadin dunyasi gözəllik məhsulları qadın sağlamlığı kişi sonsuzluğu cinsi münasibətlər sabir haciyev kosmetika qızlıq pərdəsi baldıza aid hakışta vətənə aid bayatılar nizami gəncəvi məsəllər