Kəklikotunun çoxsaylı faydaları

Kəklikotunun çoxsaylı faydalarıKəskin qoxusu ilə diqqət çəkən bir bitki olan kəklikotu daha çox yeməklərdə istifadə olunur. Kəklikotu bir çox xəstəliklərin təbii müalicəsində də istifadə olunur. Müntəzəm olaraq kəklikotu istehlak edən insanlar bədənləri üçün xərçəngə qarşı qalxan yaradırlar. Qan şəkərinin tənzimlənməsini dəstəkləyən kəklikotu sidikqovucu kimi də faydalıdır.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, mətbəxin əvəzolunmaz ədviyyatı olan kəklikotunun insan sağlamlığı üçün bir çox faydaları var.
Köpün qarşısını almaq üçün lobyanı belə bişirin
Yumurta qabığını atmayın - Bu faydaları var
Allergiya mövsümü: Nəyə diqqət edək və necə qorunaq? - VİDEO (milli.az)
Kəklikotu bitkisi faydaları, yüksək etibarlılığı və az yan təsirləri ilə cəmiyyət tərəfindən tez-tez istifadə olunur.
Faydalarına nəzər salaq:
Qaraciyər funksiyalarını yaxşılaşdırmağa kömək edir.
Dispepsiya (mədə və bağırsaqlarda funksional pozğunluqlar) və qastrit (mədə selikli qişasının iltihabı) kimi mədə-bağırsaq xəstəliklərində istifadə olunur.
Kəklikotu çay şəklində istehlak edildikdə öskürəyi sakitləşdirməkdə təsirli olur.
Sakitləşdirici təsir yaradır.
Qan dövranını sürətləndirir.
Viruslara qarşı qalxan yaradır. Hepatit, Şingles və HPV kimi viruslara qarşı davamlıdır.
Həzm sistemini qoruyur. Xüsusilə bağırsaq sağlamlığına müsbət təsir göstərir.
İmmunitet sistemini qorumağa kömək edir.
Ürək ritmini tənzimləyərək ürək sağlamlığının qorunmasına töhfə verir.
Anemiyanın qarşısını almağa kömək edir.
Yağların yandırılmasını sürətləndirməyi asanlaşdırır.
Qan təzyiqini aşağı salır.
İştah açıcı xüsusiyyətlərə malikdir.
Daimi istifadə edildikdə diş əti problemlərində də müsbət nəticələr verir.
Bronxitin müalicəsində istifadə olunur.
Saç və dəriyə qulluqda istifadə edilə bilər. Dəridə iltihabın qarşısını alır. Saç tökülməsinin qarşısını alır və saçları gücləndirir.
Kəklikotu çayı
Kəklikotu çayı xoş dadı və xoş qoxusu ilə çox istifadə edilən çaydır. Təzə və ya qurudulmuş kəklikotu çay hazırlamaq üçün istifadə edilə bilər. Kəklikotu çayının faydalarını aşağıdakı kimi sıralamaq olar:
İmmunitet sistemini dəstəkləyir.
İltihab əleyhinə təsirinə görə tez-tez qrip xəstəliklərində istifadə olunur.
Onun öskürək əleyhinə təsiri soyuqdəymə əlamətlərini aradan qaldırmaq üçün istifadə olunur.
Sakitləşdirici təsiri ilə rahatlamaq və spazmolitik təsiri ilə menstrual ağrıları aradan qaldırmaq üçün istifadə olunur.
Həzm sistemini dəstəkləyərək həzmsizlik problemlərinin qarşısını alır.
Təbiətin möcüzəvi bitkilərindən biri olan kəklikotu dəri sağlamlığına faydaları ilə də tanınır. Yaxşı bir antioksidan mənbəyi olan kəklikotu yaşlanma əleyhin dərmandır. Kəklikotu bir müddət qaynadıqdan sonra onun suyunu dəriyə çəkmək olar. Daimi istifadə edildikdə sızanaqların əmələ gəlməsinin qarşısını alır. Yorğun dəridə yorğunluğun qarşısını alır və dərinin parlaq görünməsini təmin edir. Qırışların aradan qaldırılmasında mühüm rol oynayır. Dərinizin parlaq görünməsini, sızanaq və sızanaqlardan azad olmasını istəyirsinizsə, üzünüzə kəklikotu tonik sürə bilərsiniz.
Təbii kəklikotu toniki aşağıdakı kimi hazırlanır:
2 litr suda 2 xörək qaşığı kəklikotu yaxşıca qaynadın.
Onun yaxşıca soyumasını gözləməlisiniz.
Süzdükdən sonra uyğun butulkaya tökə bilərsiniz.
Şüşəni sərin yerdə saxlamaq lazımdır.
Ən geci bir həftə ərzində istifadə etməlisiniz.
Bu üsul dəridən makiyaj qalıqlarını, artıq kirləri və yağları çıxarmağa kömək edir. Gecə yatmazdan əvvəl pambıq ilə ilə üzünüzə kəklikotu suyu vura bilərsiniz.
Milli.Az

Xəbərlər     Baxılıb: 1733   Tarix: 15 may 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

geymler 2026 toy makiyaji sekilleri hamiləlik babil baglari dadlı yemək yuxuyozmalar qadin net kosmetika xeyanet faydalı bilgilər sanama həsən bəy zərdabi cinsi