Kenan Doğuludan ittihamlara cavab: Nəticələrini paylaşdı
Türkiyədə narkotik vasitələrlə bağlı aparılan istintaq çərçivəsində adı hallanan müğənni Kenan Doğulu məsələ ilə bağlı ilk dəfə açıqlama verib.
azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi sosial media hesabında paylaşdığı bəyanatda barəsində səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
Doğulu qeyd edib ki, istintaq çərçivəsində prokurorluqda ifadə verdikdən və müvafiq ekspertiza prosedurlarından keçdikdən sonra öz təşəbbüsü ilə əlavə analizlər etdirib.
Müğənninin sözlərinə görə, həmin gecə Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş laboratoriyada sidik, qan və saç analizləri aparılıb. İlk nəticə olaraq sidik testinin mənfi çıxdığını açıqlayan sənətçi, digər analizlərin də eyni nəticəni göstərəcəyinə əmin olduğunu vurğulayıb.
"Bu gün həqiqəti əks etdirməyən bəzi iddialarla adımın hallandırıldığını təəssüflə izləyirəm. Ədalətə inamım tamdır. Prosesin qısa zamanda aydınlığa qovuşacağına və həqiqətin üzə çıxacağına ürəkdən inanıram",- deyə Doğulu paylaşımında bildirib.
Qeyd edək ki, məsələ ilə bağlı istintaq tədbirləri davam edir. Rəsmi qurumların yekun qərarı və ekspertiza nəticələrinin açıqlanmasından sonra hadisəyə hüquqi qiymət veriləcək.
Aysel











Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Məşhur aktyor 22 kilo arıqladı
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın
Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun