Kərə yağı xərçəngdən ölüm riskini ARTIRIR
Kərə yağının yüksək miqdarda istehlakı xərçəng və digər ağır xəstəliklərdən ölüm riskini artırır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The Mirror" nəşri Böyük Britaniyada aparılan araşdırmaların nəticəsinə istinadən məlumat yayıb.
Yazıda qeyd olunur ki, alimlər onilliklər ərzində 221 mindən çox insanın məlumatlarını təhlil ediblər.
Bu müddət ərzində 50 932 ölüm hadisəsi qeydə alınıb. Onlardan 12 241-i xərçəngdən, 11 240-ı isə ürək-damar xəstəliklərindən dünyasını dəyişib.
Tədqiqatçılar müəyyən ediblər ki, çox miqdarda kərə yağı yeyən insanlarda istənilən səbəbdən ölüm riski 15%, xərçəngdən ölüm halı isə 12% daha yüksəkdir.
"Lakin cəmi 10 qram kərə yağının bitki yağı ilə əvəz edilməsi ölüm riskini 17% azalda bilər", - deyə nəşrdə tədqiqatın nəticələrinə istinadən bildirilib.
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO