Kərə yağına alternativ ola biləcək 4 qida
Kərə yağından uzaq durmağa çalışmalıyıq. Bəs tort, keks və piroqlarda kərə yağının verdiyi ləzzətə çatmaq üçün edə biləcəyimiz heç nə yoxdur? Mütəxəssislər "əlbəttə, var" deyir və çox az adamın bildiyi 5 qidanı tövsiyə edir:
1. Alma püresi
Xüsusilə kekslərdə çox yaxşı nəticə verir. Burada diqqət ediləsi məsələ, reseptdə kərə yağı üçün verilmiş miqdarın yarısı qədər alma püresindən istifadə etməkdir. Yəni 1 fincan kərə yağı - 1/2 fincan alma püresinə bərabərdir. Həmçinin alma püresi xəmiri daha sıx və nəm hala gətirir.
2. Avokado püresi
Qadınsaytı.az deyerler.org-a istinadən bildirir ki, kökə, çörək və kekslərdə ləzzətli nəticə verir. İstifadənizdə süd də olarsa, o zaman mükəmməl bir nəticə əldə edərsiniz. Eynilə alma püresi kimi, reseptdə kərə yağı üçün verilən miqdarın yarısı qədər avokado püresi istifadə etməlisiniz. Avokado püresi ilə həm kalori qəbulunu azaltmış olarsınız, həm də yeyərkən daha yumşaq bir dad əldə edərsiniz.
3. Quru ərik püresi
Şokolad və darçın tərkibli reseptlərdə çox yaxşı nəticələr verir. Aşağı kalorili ərik püresi əldə etmək üçün quru əriyi blenderlə əzə, ya da birbaşa əzilmiş halda ala bilərsiniz.
4. Qatıq
Tam yağlı qatıq xüsusilə kökə bişirilməsində ideal bir seçimdir. Bu sayədə kalori və doymuş yağ miqdarını azalda bilərsiniz. Reseptdə kərə yağı üçün verilən miqdarın 1/4-ni istifadə etməyiniz kifayətdir.









Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Hüseyn Almaxanımın iddialarını yalanladı - 'Səni heç kim tanımırdı
Rihanna müəlliminə ev aldı
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Madonna xalqdan kömək istəyir
Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş
Space TV-də bu veriliş də yayımlanmayacaq
Şabaşla varlananların sonu faciə ilə bitir
Böyük sağlamlıq faydaları VAR
Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI
Anam yaşındasan, ayıb olsun' - FOTO
Pünhan Piriyev nişanını geri qaytarıb? - Özündən açıqlama