Kərə yağında yemək qızartmağın zərəri açıqlandı
Yeməklərin qızardılması üçün kərə yağını istifadə etməmək məsləhət görülür.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Rusiyalı həkim-dietoloq İrina Berejnaya bu barədə açıqlama verib.
Ekspert quru tava və ya qrildən istifadə etməyi də tövsiyə edir.
"Təzə kərə yağı məqbul miqdarda təhlükəsizdir. Həmçinin xolesterinin maddələr mübadiləsinə mənfi təsir göstərmədiyi də məlum olub", - dietoloq vurğulayıb.
Bununla belə, İ.Berejnayanın sözlərinə görə, 70 dərəcədən artıq istilikdə sərbəst radikallar ortaya çıxa bilər. Onlar uzunmüddətli istifadədə onkoloji xəstəliyə yol aça bilər.
Mütəxəssis bildirib ki, xörəklərin hazırlanmasında donuz yağından da yararlanmaq olar, ancaq bununla belə, ən yaxşı seçim deyil.
"Uzunmüddətli istifadə və yüksək hərarət zamanı kalorilik artacaq və müvafiq olaraq həmin sərbəst radikallar ortaya çıxa bilər. Bununla belə, azad radikallar kərə yağından daha az miqdarda olacaq", - o əlavə edib.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Burak Özçivit bacısının toyuna getmədi
İrem Dericinin nişanlısı saxlanıldı