Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və...

Kərimova azərbaycanlı kriminal avtoritetin uşaqlarını öldürdü və...Keçən həftə Nijni-Novqorod Məhkəməsi iki uşağının amansız qətlində ittiham edilən 27 yaşlı yerli sakin Yelena Kərimovanı həbs edib. O, uşaqları öz əlləri ilə boğub, sonra izləri itirmək üçün meyitləri iki dəfə yandırmağa çalışıb. Kərimovanın özü hərəkətini aydın izah edə bilmir. O iddia edir ki, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün belə addım atmaq qərarına gəlib.

Virtualaz.org bildirir ki, Life.ru saytının yaydığı yazıda belə deyilir.

Artıq Y.Kərimova barəsində kompleks psixoloji-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına aydınlıq gətirməlidir. Hərçənd Kərimova məhkəməsində tamamilə adekvat təsir bağışlayıb. Doğmaları və yaxınları deyirlər ki, Kərimova uşaqlarını çox sevirdi və bu dəhşətli cinayətə gedə bilməzdi. Onların fikrincə, bu dolaşıq işdə Kərimovanın keçmiş əri və uşaqların atası - Azərbaycandan olan kriminal avtoritetin hansı formadasa rolu olub…

Qeyd edək ki, istintaqın ilkin versiyasına görə, Y.Kərimova uşaqlarını - 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı kirayəyə götürdüyü "Kia Rio" markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib, benzin alıb və meyitləri Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada cəsədləri köhnə bir tikilinin içindəki zibilliyə tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağına əmin olandan sonra maşına əyləşərək ərazidən uzaqlaşıb.

Azyaşlıların cəsədlərini köhnə tərəvəz bazasında aşkar ediblər. Qadının tapılması və tutulmasına baş vermiş hadisənin dolayı şahidi olan yerli sakin kömək edib.

Yuxarıda qeyd etdiyimiz kimi, saxlanılandan sonra olanları etiraf edən qadın bildirib ki, o, uşaqları boşandıqdan sonra onları böyütməkdən bezdiyi üçün öldürmək qərarına gəlib.

Ancaq istintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb.

Sosial şəbəkədə isə Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları həqiqətən də sevdiyini bildirib.

"O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır", - Kərimova aprelin 21-də paylaşım edib.

Y.Kərimova barəsində bilinən bir də odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş də olub…

Maraqlıdır ki, bu məsələdə hamı ata haqqında məsələdən yan keçməyə çalışır.

Məsələn, Yelenanın qonşusu və müəllimi Mariya deyir ki, uşaqların atası haqqında heç nə bilmirlər: "Oğlan atasını xatırlamırdı — cəmi iki yaşı vardı. Qız isə nənəsi, babası haqda danışsa da, atasını heç vaxt yada salmırdı".

Y.Kərimovanın tanışlarının və qohumların sözlərinə görə, onun əri doğrudan da əslən Azərbaycandandır. Onun hətta saxta Ukrayna vətəndaşlığı olduğu da bildirilir. Yelena ilə isə 5 ildən artıqdır ki, tanışdırlar…

Kərimovanın anası etiraf edib ki, onların nikahının əleyhinə olub, amma Yelena onu eşitməyib və ərə gedib. Cütlük hətta Moskvaya yollanıb. Və bir neçə ildən sonra Yelena evə qayıdıb — ərsiz və ikinci uşağa hamilə vəziyyətdə…

— Mən bilirəm ki, o beynəlxalq axtarışa verilib. Amma bir ay əvvəl Nijni-Novqorodda peyda oldu və Yelenanı, uşaqları hədələməyə başladı, — deyə Yelenanın rəfiqəsi qeyd edib.

Ailəyə yaxın olanların sözlərinə görə, bundan sonra Yelenanın ərini heç kim görməyib və haqqında da heç nə eşitməyib. Bu ilin 12 martında isə Yelena boşanma barədə məsələ qaldırıb, yəni buna o özü təşəbbüs göstərib. Yelenanın rəfiqələri deyirlər ki, o çox sevinirdi: nəhayət, sərbəst olduğuna görə.

Amma sonra… Sonrasını artıq bilirsiniz.

Yekunda bir daha qeyd edək ki, amansız cinayətlə əlaqədar "Azyaşlıların qətli" ittihamı ilə cinayət işi başlanılıb. Əgər istintaqın ittihamları təsdiqini tapsa, Y.Kərimovanı ömürlük həbs cəzası gözləyir.

Xəbərlər     Baxılıb: 1933   Tarix: 07 may 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

sac duzumleri qaşların formalari sade makiyaj sekilleri qəbizlik böyrək problemi ləkə üçün maskalar ana südü artırmaq kosmetika ikizler balıq tapmaca bakire qadin.az