"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır" - Açıqlama
"Keyfiyyətsiz kosmetika məhsulları xərçəng yaradır"
Milli.Az xəbər verir ki, bunu "SM-Kosmetologiya" klinikasının həkimi Anastasiya Kostenko söyləyib.
"Çoxumuz gündəlik qulluq zamanı ən təhlükəli amili, yəni keyfiyyətsiz kosmetikanı gözardı edirik. Ucuz məhsulların tərkibində əsasən xərçəng riski yarada biləcək maddələr olur.
SLS və SLES kimi aqressiv səth aktiv maddələr dərinizin təbii qoruyucu təbəqəsini məhv edir, nəticədə dəri quruyur, həssaslaşır, qabıq verir. Parabenlər və formaldehid isə yalnız allergiya deyil, xərçəngin təşviqedicisi ola bilər. Texniki yağlar və silikonlar poraları bağlayır, üzünüzdə komedonlar və sızanaq yaradır. Sintetik ətirlər və rənglər dəridə güclü allergik reaksiyalara səbəb olur, ağır metallar, məsələn civə, qurğuşun, arsenik və kadmium isə uzun illər bədəndə toplanaraq zəhərləyici təsir göstərir.
Kostenko əlavə edir ki, onlayn mağazalar və bazarlarda satılan kosmetik məhsulların çoxu keyfiyyət və sertifikatdan məhrumdur, effektiv maddələrin miqdarı isə məlum deyil. Nəticədə istifadə etdiyiniz kosmetik məhsul sizi həm zəhərləyir, həm də heç bir fayda vermir!
Kosmetikanı yalnız rəsmi butiklərdən, apteklərdən və etibarlı şəbəkə mağazalarından alın, tərkibini diqqətlə oxuyun, keyfiyyətli yağlar, hialuron turşusu, seramidlər və antioksidantlara üstünlük verin. Qablaşdırmada son istifadə tarixi və qoruyucu membranlar olduğuna diqqət yetirin və mütəxəssis məsləhəti ilə alın", - kosmetoloq tövsiyyə edib.
İsmayıl
Milli.Az









İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Oğlu Zaur Rzayevin vəsiyyətini açıqladı
Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb