"Kimin artıq arvadı varsa dostuna versin" deyən azərbaycanlı axund danışdı (VİDEO)

"Kimin artıq arvadı varsa dostuna versin" deyən azərbaycanlı axund danışdı (VİDEO)''Kimin artıq arvadı varsa müsəlman qardaşına versin".
 
Sosial şəbəkələrdə yayılmış Mingəçevir axundunun moizəsindəki bu sözləri sosial şəbəkələrdə narazılıq doğurub. İnsanların bu fikrə sərt reaksiyası məsələni daha da böyüdüb. Axund Ələmdar Qiyasov isə "Xəzər Xəbər"ə açıqlamasında iki il əvvəl çəkilmiş moizəsində bir neçə cümləsinin təhrif olunaraq yayıldığını və bunun təxribat olduğunu deyib.

''Kimin artıq arvadı varsa, evlənməyə imkanı olmayan müsəlman qardaşına versin. Çünki peyğəmbər deyib ki, subay ölən şəxs mənim ümmətimdən deyil". Sosial şəbəkələrdən yayılan bu ifadələr Mingəçevirdə Heydər Məscidinin Axundu Ələmdar Qiyasova məxsusdur. Sosial şəbəkələrdə yayılan videoda birmənalı qarşılanmayan sözləri axund moizə zamanı deyib.

Vaxtı bilinməyən moizə zamanı İslam tarixində Məkkədən qovulan ilk müsəlmanların Mədinəyə sığındığı günlərdən bəhs edən, mühacirlərin mədinəlilər tərəfindən hansı fədakarlıqlarla qarşılanmasından danışan axund buna bir nümunə də çəkir. Ancaq axundun moizəsində əvvəli və sonrası kəsilmiş bir neçə cümləsi sosial şəbəkələrdən başlayaraq xəbər portallarında ciddi narazılıqlara səbəb olub.

İnsanlar Axundun çoxarvadlılığı təbliğ habelə öz arvadını başqasına verməyi tövsiyyə etdiyini iddia edərək müxtəlif tənqidlər səsləndiriblər. Axund Ələmdar Qiyasov isə "XəzərXəbər"ə açıqlamasında sözlərinin təhrif olunduğunu deyib. Axund qeyd edib ki, kiminsə belə bir sözü deməyə haqqı yoxdur. Çünki İslam dinində belə bir tələb yoxdur.

Axund onu da bildirib ki, video 2 il bundan əvvəl çəkilib. Üstündən bu qədər vaxt sonra bir hissəsinin belə yayılması təxribat məqsədi daşıyır. Məsələ ilə bağlı Qafqaz Müsəlmanlar İdarəsindən də açıqlama verilib. İdarə bəyan edib ki, hər hansı bir din xadiminin çıxışından, moizəsindən ya da xütbəsindən fikirlərinin bir hissəsinin konteksdən çıxarılmış formada verilməsi qəbul edilməzdir. Çünki belə hallarda fikir təhrif olunur ki, bu da təxribat sayılır. 

Xəbərlər     Baxılıb: 1958   Tarix: 30 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Aşkarlanması illər çəkir: "Kuşinq sindromu" nədir? – Gizli təhlükənin simptomları

Tibbi statistikaya görə, diaqnozunun qoyulması bəzən 3 ildən çox vaxt tələb edən və bir çox fərqli xəstəliklərlə səhv salınan "Kuşinq sindromu" müasir dövrün ən təhlükəli daxili xəstəliklərindən biri hesab olunur

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Süfrəmizdəki təhlükə - Həkimdən XƏBƏRDARLIQ

Qidalanma vərdişləri böyrək daşı xəstəliyinin yaranmasında mühüm rol oynayır. xəbər verir ki, bu barədə türkiyəli urologiya mütəxəssisi Mustafa Suat Bolat məlumat verib. Onun sözlərinə görə, zülalın həddindən artıq qəbul

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

qadın geyimi həkim məsləhəti hamiləlik sarimsagin xeyri körpələrdə süni qidalar zara ayaqqabilari 2026 balıq yağı kosmetika novruz hakistalari maya maskasi hakistalar ginekoloq toy gecesi