Kimlərə qarpız və qovun yemək olmaz? – Həkim açıqladı

Kimlərə qarpız və qovun yemək olmaz? – Həkim açıqladıQarpız və qovun təxminən 90 faiz sudan ibarətdir və onların qida tərkibi demək olar ki, eynidir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bunu qastroenteroloq Bauman Kristina Legkova özünün "Telegram" kanalında bildirib.
O, qarpız və qovunun faydalı xüsusiyyətləri ilə yanaşı, təhlükələri barədə də danışıb.
"Qarpız və qovunun tərkibində ürək xəstəlikləri, mədə-bağırsaq sisteminin xəstəlikləri və digər xəstəliklər üçün risk faktorlarını azaltmağa kömək edən güclü antioksidant olan likopen var.
Qovun A, C, PP və B qrupu vitaminləri, mikroelementlər, müxtəlif amin turşuları ilə zəngindir.
Bu meyvələr şirniyyat əvəzi istehlak edilə bilər. Bu, ideal kilonuzu qorumağa kömək edəcək. Böyüklər üçün gündə 500 qramdan çox olmayaraq yemək məsləhətdir. Məhsullara fərdi reaksiyanı nəzərə almaq lazımdır", - deyə həkim qeyd edib.
O qeyd edib ki, 1 yaşa qədər uşaqlar mümkün allergik reaksiyalar və mədə-bağırsaq sisteminin problemləri ilə əlaqədar qarpız və qovun yeməməlidir.
"Şəkərli diabet, eləcə də ürək, böyrək xəstəlikləri olan insanlar da bunları yeməkdən çəkinməlidirlər.
Xora, qastrit və mədə-bağırsaq sisteminin digər xəstəliklərinin kəskinləşməsi olan xəstələr üçün də qarpız və qovun tövsiyə edilmir", - deyə həkim nəzərə çatdırıb.
Onun sözlərinə görə, qarpız toxumlarını udmaq olmaz:
"Çünki qabığı qalındır, həzm olunmur. Üç yaşdan kiçik uşaqlar üçün toxumlar təhlükəli ola bilər.
Yeri gəlmişkən, əgər qarpızda və ya qovunda nitratlar varsa, onlar qabığın yaxınlığında cəmləşəcək, ona görə də yaşıl hissəni yemək tövsiyə edilmir. Meyvələri dilimləyərkən bunu yadda saxlamaq lazımdır", - Kristina Leqkova bildirib.
Həkim vurğulayıb ki, qarpızları bazarlardan və mağazalardan almaq lazımdır:
"Yol kənarında satılan qarpız və qovunları almamalısınız. Çünki meyvələr zərərli maddələri udur.
Kəsilmiş meyvə soyuducuda saxlanıla bilər. Bir gündən çox olmayaraq, 3-4 dərəcədə saxlamaq mümkündür".
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1360   Tarix: 04 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

turlar.az

maskalar yay kolleksiyasi sac duzumleri praktiki məsləhətlər 2026 donları yemisan faydasi gavalinin faydalari kosmetika usaq seirleri lakonizm pehriz seksual faydalı maskalar