Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluq

Kişi cinsiyyət sisteminin qüsurları, xəstəlikləri və sonsuzluqGenetik patologiyalar - kişi sonsuzluğunun çox nadir səbəblərindən olub cinsi xromosom patologiyaları ilə əlaqədar olur. Bildiyimiz kimi, kişi xromosom dəsti - 46, XY olur.
Bəzi hallarda doğulan oğlan uşaqlarında "artıq" cinsi xromosom olmaqla 47, XXY xromosom dəsti olur.
Belə oğlan uşaqları cinsi inkişafdan geridə qalmaları, qadınabənzər bədən quruluşları və süd vəzilərinin böyüməsi ilə fərqlənirlər. Bu patologiyası olan kişilər sonsuz olurlar və onların müalicəsi isə indiyə qədər hələ ki, mümkün hesab edilmir.
Kişi cinsiyyət sisteminin müxtəlif anadangəlmə pozğunluqları onlarda sonsuzluğun baş verməsinə səbəb ola bilər. Belə pozğunluqlardan biri uretranın (sidik kanalının) qüsurlarıdır. Bu zaman sidik kanalının xaricə açılan dəliyi normadan fərqli olaraq, yerini dəyişdirməklə, cinsiyyət üzvünün ön və ya arxa səthində, bəzən isə hətta xayalığa yaxın bir yerdə yerləşmiş olur. Cinsiyyət üzvü bu zaman bir qədər əyilmiş olur və cinsi əlaqə zamanı spermanın uşaqlığın dərinliyinə düşməsi mümkün olmur. Sonsuzluğun bu formasında çıxış yolu süni mayalanma üsulundan istifadə edilməsindən ibarətdir.
Kişi sonsuzluğuna səbəb olan digər nadir anadangəlmə pozğunluqlardan biri də xayaların olmamasıdır. Bu halda kişi sonsuzluğunun müalicə edilməsi mümkün olmur və çıxış yolu kimi, donor spermasından istifadə olunması təklif oluna bilər.
Bəzi hallarda kişilərdə xaya artımı və ya toxumçıxarıcı axarın olmaması kimi anadangəlmə qüsura da rast gəlmək olur. Bu halda da həkimlər süni mayalanmanın müxtəlif üsullarına müraciət etməli olurlar.
Normada hamiləlik müddəti tam şəkildə sona çatmaqla doğulan uşaqlarda xayalar xayalıqda yerləşmiş olurlar. Nadir hallarda (əksərən hamiləlik müddəti tam şəkildə sona çatmamaqla yarımçıq doğulan oğlan uşaqlarında) xayalar, normada olduğu kimi, öz-özünə xayalığa enmirlər ki, bunun da nəticəsində kriptorxizm (bir və ya hər iki xayanın xayalığa enməməsi) xəstəliyi baş verir. Nadir hallarda təsadüf edilən bu xəstəliyin müalicəsi, erkən uşaq yaşlarında olmaqla, ancaq cərrahi yolla həyata keçirilir. Xayaların "qanuni yerinə" qaytarılması əməliyyatının gecikdirildiyi hallarda, onların funksiyaları xeyli dərəcədə pozularaq, son nəticədə sonsuzluğa da səbəb ola bilər.
Cinsi orqanlarda olan iltihabi xəstəliklər - kişilərdə sonsuzluğun əmələ gəlməsinin ən çox təsadüf edilən səbəblərindən biri hesab olunur. Kişi reproduktiv sisteminə çox böyük ziyan vuran xəstəliklər - ilk növbədə cinsi yolla keçən infeksiyalardır (sifilis, qonoreya, xlamidioz, trixomoniaz, mikoplazmoz, ureaplazmoz və digərləri. Onlar spermanın tərkibini dəyişərək onu mayalanma üçün yararsız vəziyyətə gətirirlər.
Cinsi orqanların iltihabi xəstəlikləri cinsiyyət yollarının keçməməzliyinə də səbəb ola bilərlər. Əksər hallarda keçməməzliyin səbəbi vaxtında aşkar edilərək müalicə olunmayan epididimit (xaya artımının iltihabı) olur. İltihabi proses xaya artımının toxum daşıyıcı kanallarının yapışmasına və ya tutulmasına səbəb olur. Nəticədə yalnız bir xayada toxumçıxarıcı kanallar tutulmuş olduqda, spermada spermatozoidlərin sayı xeyli azalmış olur. Hər iki xaya artımının toxumçıxarıcı kanalları tutulduqda isə spermatozoidlər xayaların heç birindən toxum kisələrinə daxil ola bilmədiyi üçün geriyədönməz proses olan sonsuzluq baş verir. Sonsuzluğun bu formasının müalicəsi mümkün olmur və bu halda da süni mayalanma üsulundan istifadə etmək lazım gəlir.
Sidik-cinsiyyət sisteminin orxit (xayaların iltihabı), prostatit (prostat vəzinin iltihabı), vezikulit (toxumçıxarıcı axarların iltihabı) kimi xəstəlikləri də spermanın tərkibinin dəyişilməsinə təsir göstərə bilərlər. Xroniki prostatit 50%-dən çox xəstələrdə toxum mayesinin patoloji dəyişikliklərinə səbəb olur. Xroniki prostatitin tipindən asılı olaraq həkim tərəfindən onun müalicə taktikası müəyyən edilir. İltihabi prosesin müalicəsindən sonra isə spermatogenezin dərmanlarla stimullaşdırılmasına başlanılır.
İstənilən ciddi xəstəlik, infeksiyalar və hətta güclü soyuqdəymə də spermanın hazırlanmasının prosesini pozur. 3 aydan sonra isə spermanın miqdarı, adətən, bərpa olunur. Antibiotiklərlə müalicə vaxtında başlanmış olduqda, spermanın keyfiyyətinin bərpa edilməsi mümkün olur. İltihabi proses reproduktiv orqanlarda ciddi dəyişikliklərə səbəb olduqda (məsələn, toxumçıxarıcı axarların tutulması) isə xəstəliyin proqnozu heç də yaxşı olmaya bilər.
Xayaların müxtəlif növ şişləri və kistaları toxumçıxarıcı axarı sıxaraq onun mənfəzinin tutulması nəticəsində sonsuzluğa səbəb ola bilər.
Kişi cinsi sonsuzluğunun əsas səbəblərindən biri də - varikoseledir. Onun müalicəsi isə - cərrahi yolla varikoselenin aradan götürülməsindən ibarətdir.
Xaya hidropsu da kişi sonsuzluğunun səbəbi ola bilər. Onun da müalicəsi cərrahi yolladır.
Varikosele, xaya hidropsu və qasıq yırtığı kimi xəstəliklər uşaq və yeniyetmə yaşları dövründə aşkar edilərək müalicə olunmadıqları təqdirdə daha təhlükəli hesab olunurlar. Bu halda xayalarda olan dəyişikliklər geriyədönməz xarakter alaraq sonsuzluğa səbəb olurlar. Kişi sonsuzluğunun bu formasının müalicəsi isə yalnız süni mayalanma aparılması yolu ilə (əksər hallarda hətta donor spermasından istifadə olunmaqla) mümkün olur.
Kişi sonsuzluğunun səbəblərindən biri də uşaq yaşlarında keçirilmiş olan epidemik parotit ("svinka") xəstəliyi ola bilər. Məsələ burasındadır ki, bu xəstəlik zamanı oğlan uşaqlarında xayalar da zədələnə bilər. Əgər xəstəlik zamanı uşaqda baş verən xayanın iltihabı (orxit) kifayət qədər güclü olarsa və bu zaman tələb olunan müalicə kursu aparılmazsa, bu, son nəticədə xayaların funksiyasının xeyli dərəcədə pozulmasına və sonsuzluğa səbəb ola bilər. Məhz buna görə uşaqlara epidemik parotitə ("svinka") qarşı vaxtında peyvənd edilməsi tövsiyə olunur (bu peyvənd bütün uşaqlar üçün məcburi olan peyvəndlər siyahısına daxildir).
Sadalanan xəstəliklərdən savayı, uşaq yaşlarında cinsi üzvlər sahəsinin güclü travmaları da (yıxılarkən, güclü zərbə və s. nəticəsində) gələcəkdə kişi sonsuzluğunun formalaşmasına səbəb ola bilər.
Beləliklə, oğlan uşağının reproduktiv sağlamlığının qayğısına onun valideynləri uşaq doğulan gündən etibarən başlamalıdırlar!
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1965   Tarix: 02 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü