"Kişilər performans üçün dərman atır, amma bilmirlər ki, arıqlamaq bəs edir"
Uroloq Rodriqo Braz kişilərdə erektil disfunksiya ilə əlaqəli xəstəliklər barədə danışıb.
Milli.Az xəbər verir ki, "Metropoles" nəşrinə açıqlamasında həkim bu problemin bir çox hallarda şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri, o cümlədən ateroskleroz, yüksək qan təzyiqi və ürəyin işemik xəstəliyi zamanı yarandığını bildirib.
Braz əlavə edib ki, cinsi zəiflik çox zaman azhərəkətli həyat tərzi, siqaret çəkmə və yüksək xolesterin səviyyəsi ilə də bağlı olur. Onun sözlərinə görə, bu faktorlar orqanizmin qan dövranını pozaraq cinsi funksiyalara mənfi təsir göstərir.
"Bir çox kişi sadəcə ereksiya üçün dərman istəyir, amma arıqlama, fiziki aktivlik və sağlam yuxu cinsi sağlamlıq üçün əsas amillərdir", - deyə uroloq vurğulayıb.
Mütəxəssis həmçinin qeyd edib ki, bəzi prostat xərçənginin müalicəsi əməliyyatlarından sonra da erektil disfunksiya yarana bilər.
İsmayıl
Milli.Az









Hakışta
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
Necla Uyqur vəfat etdi
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu