Kişilərdə döşlərin böyüməsi – Ginekomastiya

Kişilərdə döşlərin böyüməsi – GinekomastiyaGinekomastiya kişi və oğlanların döşlərinin böyüməsidir. Ginekomastiyanın baş verməsinin səbəbi orqanizmdə estrogen və testosteron hormonunun balansının pozulmasıdır. Ginekomastiya birtərəfli və ikitərəfli ola bilir.Yeni doğulmuşlarda, yeniyetmələrdə və qoca kişilərdə baş verməsi hormonal dəyişikliklər səbəbindən olur. Amma həkimlər ginekomastiyanın əmələ gəlməsində başqa səbəblərin də rolu olduğunu söyləyirlər.
Ginekomastiyanın sağlamlıq üçün həyati qorxusu yoxdur. Lakin bu cür döş quruluşuna sahib olan kişi və oğlanlar bəzən döşlərində ağrıdan şikayətlənirlər. Həmdə bunun estetik baxımdan xoşaglməz olduğu onları çox narahat edir.
Ginekomastiya anadangəlmə ola bilir. Bəzən isə onlar öz-özünə sorulub getmək qabiliyyətinə malik olurlar.
Ginekomastiya başqa xəstəliklərin əlaməti kimi meydana çıxdıqda, döşün kiçilməsi üçün ilk növbədə onun böyüməsinə səbəb olan xəstəliyi sağaltmaq lazımdır. Məsələn, hipoqonadizm zamanı, qeyri-düzgün qidalanma ilə qidalandıqda, qaraciyərin sirroz xəstəliyində kişilərdə döşlərin böyüməsi baş verə bilir. Bu zaman onların ölçüsü, əlaməti əmələ gətirən xəstəliklər sağalan zaman kiçilir.
Yeniyetmələrdə ginekomastiya baş verdikdə həkim xəstənin nəzarət altında qalmasını tövsiyə edir. Belə ki, bu zaman 2-3 il müddətinə döşün böyümə prosesi dayanıb geri sorula bilir. Buna isə 3-5 aydan bir həkim nəzarəti mütləqdir.
Bəzi hallarda isə dərman preparatları ilə müalicə edib, döşlərinin balacalanmasına nail ola bilməyən kişi və oğlanlar cərrahi yolla bu problemin həllinə can atırlar.
Milli.Az

Xəbərlər     Baxılıb: 1520   Tarix: 23 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

aksessuarlar geyim necə seçməli toy gecesi balıqlar bürcü islamda hicab bilincik resepti uşaqlara yemək hazırlama kosmetika geyim hamilelik nağıllar yutube vetene aid atalar sozu