Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİ

Kişilərin koronavirusa yoluxma səbəbi BİLİNDİDünyanın demək olar ki, bütün ölkələrində kişilər qadınlara nisbətən COVID-19 səbəbilə daha tez ölür və bunda siqaretin böyük rolunun olması mümkündür.
Milli.Az xəbər verir ki, bu barədə ispaniyalı neyroloq Dieqo Redolar məlumat verib. O qeyd edib ki, hər iki cinsin nümayəndələri virusa İspaniyada və digər ölkələrdə təxminən eyni dərəcədə yoluxur:
"Lakin ağırlaşmalar və ölümcül nəticələr kişilərdə daha çox müşahidə olunur - dünyada son həftənin nəticələrinə əsasən, bu göstərici orta hesabla 2,5 dəfə çoxdur və yaşla əlaqəsi yoxdur. Bu rəqəmlər bəzi kişilərin daha çox siqaret çəkməsi ilə əlaqəli olduğunu düşünməyə əsas yaradır. İspaniyada kişilərin təqribən 25% -i, qadınların isə 18% -i siqaret çəkir".
O da məlum olub ki, koronavirusdan ölən xəstələrin 30% -i siqaret çəkib.
Xatırladaq ki, elm adamları kişilərin koronavirus qurbanı olma ehtimalının yüksək olması sualları ətrafında araşdırmalar aparır. Tədqiqatçılar kişilərin daha çox COVID-19-un qurbanı olma səbəblərini anlamadıqlarını, ancaq qadınların daha güclü immun sisteminə sahib olduqlarını və xəstələri daha həssas edən xroniki xəstəliklərə tutulma ehtimalının az olduğunu söyləyib.
Buna baxmayaraq, siqaret çəkənlərin koronavirus infeksiyasını daha ağır keçirmələri barədə məlumatlar olduqca mübahisəlidir. Fransanın Pasteur İnstitutu tərəfindən yayımlanan statistikaya görə, ağır vəziyyətdə olan 350 xəstədən ibarət qrupda yalnız 4.4 faizi siqaret çəkib.
Redolar fransız tədqiqatçıların nəticələrinin onun gəldiyi fikirlərlə zidd olmadığını düşünür. İspan mütəxəssis nikotinin virusla mübarizədə müəyyən dərəcədə təsirli ola biləcəyini qəbul edib, lakin qeyd edib ki, siqaretin heç bir şəkildə faydası ola bilməz:
"İnsanlar başa düşməlidir siqaret COVID-19-dan qoruya bilməz, əksinə bu bir riskdir". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1372   Tarix: 07 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ən sağlam ət növü AÇIQLANDI

Bir çox insanın qərəzlə yanaşdığı və hətta mətbəxlərinə daxil etməkdən çəkindiyi bu qida, bədənin ehtiyac duyduğu əsas vitaminləri təkbaşına təmin etmək gücünə malikdir. xəbər verir ki, bu xüsusi növ immunitet sisteminiz

.

Baş ağrısı və nəfəs darlığı yaşayırsınızsa, diqqətli olun

Hipertoniya çox zaman baş ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi əlamətlərlə özünü göstərsə də, mütəxəssislər xəstəliyin uzun müddət gizli şəkildə inkişaf edə biləcəyi barədə xəbərdarlıq edirlər. xəbər verir ki, kardiologiy

.

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır. xəbər verir ki, səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb

.

Basmatini taxtından saldı! Ən sağlam düyü növləri bəlli oldu

Düyü dünyada və ölkəmizdə ən çox istehlak edilən qidalar arasındadır. Lakin mütəxəssislər ağ düyüdən daha sağlam alternativlər axtaranlar üçün bir neçə xüsusi növü ön plana çıxarırlar. Emal edilməmiş və ya az işlənmiş b

.

Basmati düyüsündəki o "heyvani" qoxunun səbəbi bəlli oldu

Basmati düyüsünün özünəməxsus ətri bəzən gözlənilən fındıq qoxusu əvəzinə kəskin "tövlə" və ya "axır" qoxusunu xatırlada bilər. Bu vəziyyət həm düyünün təbiətindən, həm də saxlama şəraitindən qaynaqlan

.

Qandakı zərərli yağları azaldan möcüzəvi QİDA

Sinir liflərini qorumaq, D vitamini sintez etmək və hormonların yaranması üçün vacib sayılan yumurta yüksək qida dəyəri ilə seçilir. xəbər verir ki,mütəxəssislər bildirirlər ki, yumurta zülal baxımından ən keyfiyyətli qidalarda

.

Səhərlər ilıq su içsək, nə olar?

Səhər oyandıqdan sonra bir stəkan ilıq su içmək sadə görünsə də, orqanizm üçün olduqca faydalı bir vərdişdir. Həkimlər bu adəti həm ümumi sağlamlığın qorunması, həm də bir çox problemlərin qarşısının alınması baxımından tövsiy

.

Bədəninizi alkoqoldan tez "təmizləmək" üçün sadə ÜSUL

Mütəxəssislər alkoqolun qalıqlarını daha sürətli azaltmağa kömək edən sadə bir üsul aşkar ediblər.  bildirir ki, kanadalı ekspertlərin bu üsulu hiperventilyasiya yəni intensiv nəfəsalma prinsipinə əsaslanır. Mahiyyəti nədir?

.

30/30/30 Rutini Nədir? Bu metod üç əsas addıma əsaslanır

İlk 30 dəqiqə: Oyandıqdan dərhal sonra tərkibində 30 qram protein olan səhər yeməyi yeyilir. Protein seçimi: Bu proteinə karbohidratlar və sağlam yağlar da müşayiət edə bilər. 30 dəqiqə idman: Ardınca 30 dəqiqə ərzində aşağ

turlar.az

sac duzumleri gelinlikler adlarin menasi 2026 geyimi balqabaq plov cinsi sağlamlıq gözəl xanım kosmetika qaynanaya aid maya maskasi rus dilin nece orenek sirin qogal kley lekesi