"Kişini pulla satın alıb"- tanınmış aparıcıdan məşhur cütlüklə bağlı ŞOK İDDİA

"Kişini pulla satın alıb"- tanınmış aparıcıdan məşhur cütlüklə bağlı ŞOK İDDİAXanim.az Tanınmış aparıcı və aktyor Rüfət Nəzərovun Yenicag.az-a müsahibəsini təqdim edir.

– Sizi bir aktyor kimi "Aramızda qalsın" serialından yaxşı xatırlayıram. Bəs niyə daha heç bir serialda, hətta efirlərdə belə yoxsunuz?

– Aktyor kimi dəvətlər alıram, amma özümə uyğun rol görmürəm. Elə insanlar da var ki, yaradıcılıqlarını bəyənmirəm. Çünki Fuad Poladov kimi sənətkardan dərs almışam. Bəyəndiklərim də deyir ki, gəl, havayı çəkil, kassadan qazanandan sonra qonorarını verərik…
Bəs efir?

– İnşallah, tezliklə ARB kanalında yayımlanacaq "İyirmilik" layihəsinə aparıcılıq edəcəm. Azərbaycanda o tipli ilk verilişin aparıcısı mən olacam. Eyni zamanda, bir serialda da görünəcəm, o da sözügedən kanalda nümayiş olunacaq. Hədəfim ARB-nin siması olmaqdır.

– Şəxsi həyatınızı gizlədirsiz: subaysız, evli?

– Sevgilim, bacım, qardaşım, anam – ümumiyyətlə, ailəmlə bağlı danışmağı sevmirəm. Çünki demokratik düşüncəli insan olmağımla bərabər, eyni zamanda, köhnə mental dəyərlərə önəm verirəm. Çünki konservativ düşüncəli, kommunist ailəsində doğulmuşam.
– Evli olduğunuzu niyə gizlədirsiz ki? Qadın heyranlarınızı itirməkdən qorxursuz?

– İstəmirəm bu barədə danışım.

– Ətrafınızda gözəl xanımlar çoxdur?

– Mənim anlamımda çirkin qadın yoxdur.

– Hər halda, kişilər çirkin qadınların arxasınca düşmürlər…

– Səni inandırım, o çirkin qadınların dalınca elə düşürlər ki… Onun puluna, maşınına görə…
Amma pullu, zəngin ailəyə mənsub insanlar da var ki, qadını məhz gözütox və dürüst olduğuna görə seçir. Nə boyuna-buxununa, nə yaşına, nə də görünüşünə baxmır, o xanım üçün də "sino" gedir. O qadına külli miqdarda pul da xərcləyir. Qadın da tanıyıram ki, kişini pulla satın alıb. Özü də məşhur cütlükdür; yaş fərqi də babatdır ha!

– Babat deyərkən?

– Qadın, daha doğrusu, o "xala" oğlandan 25 yaş böyükdür. Hər ikisi məşhurdur, ikisini də tanıyırsınız. Amma deməyəcəm kimdir. Qadınla əvvəlcə puluna görə yaşayan oğlan sonradan ona vurulub.

– Bəs sizin yaş fərqinə münasibətiniz necədir?

– Əgər saf hisslərdirsə, yaşın nə fərqi var ki? Yox, əgər o münasibətdə alış-veriş varsa, tüpürüm o münasibətə.

– Sizə belə təkliflər olub?

– Bir neçə il əvvəl belə bir qadın olub. Təklif edib ki, sənin üçün hər şey edərəm, amma yanımda ol – razılaşmadım.

– Nə əcəb?

– İmkan verməmişəm ki, məni seçsinlər. Daim özüm seçmişəm. Alfons oğlanlara nifrət edirəm. Kişi yırtıcıdır, qurbanını tapıb, evinə gətirməlidir. Kişi qazanıb, gətirməlidir ailəsi də o ruzidən yeməlidir.

– Sizcə, sevgini nə bitirə bilər?

– Yalan. Elə adam var ki, gözümün içinə baxa-baxa məni aldadıb, yalandan Qurana and içib ki, belədir.

– Bəs adiləşmək?

– Yox, əgər hisslər həqiqidirsə, sevgi adiləşmir. Həm də qadından asılıdır. Qadın fədakar olmalıdır.

– Sizə Don Juan demək olarmı?

– Yox, amma nədənsə, məni Don Juan kimi qəbul edirlər. Bəzən belə sözlər eşidirəm. Amma mən kübar insanam, intellektual bir ailədə tərbiyə almışam. İstəmərəm məni arvadbaz kimi tanısınlar. Sadəcə olaraq, gözəl qadınların zövqünü oxşayıram.

– Vizual görünüş önəmlidirmı?

– Vizual görünüş təbii ki, ilk sillədir. Amma içərisi çirkindirsə, lap dünya gözəli olsa da, dabana tüpürüb, o qadından qaçmaq lazımdır. İnsanın daxili aləmi gözəl olmalıdır.

Xəbərlər     Baxılıb: 2232   Tarix: 08 dekabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

adlarin menasi gözəllik məhsulları toy gecesi toy dəbi aybasi qani ile cadu qadın geyimi soz haqqinda atalar sozu kosmetika haxista veten haqqinda atalar sozu zəhmət muellim seiri damla