Kök olan və arıqlaya bilməyənlər mütləq bu müayinələrdən keçməlidirlər

Kök olan və arıqlaya bilməyənlər mütləq bu müayinələrdən keçməlidirlərBütün kök insanlar çəkilərini azaltmaq istəyir. Bəzən də elələri olur ki, aylarla pəhriz saxlamaqlarına baxmayaraq onların çəkiləri durmadan artır. Bu cür insanların kökəlmələrinin səbəbi onların qəbul etdikləri qidaların miqdarından asılı olmur. Bunun səbəbi hormonal və ya mübadilə pozğunluğudur. Arıqlamaq istəyən adamlar köklmələrinin səbəbini araşdırmaq üçün mütləq aşağıdak müayinələrdən keçməlidirlər. Qanda aşağıdakıların miqdarının normal olmaması orqanizmin piylənməsin səbəb olur.
Tiroksin və tiryodtironin
Bu qalxanabənzər vəzin hormonudur. Bu hormonlar maddələr mübadiləsində iştirak edir, mübadilənin sürətini və tezliyini idarə edir.Tiroksin və triyodtrionin hormonunun normada olmaması orqanizmin artıq çəki yığmasına səbəb olur.
Triotrop hormonu
Triotrop hormon hipofizin hormonudur. Bu hormon qalxanabənzər vəzin hormonunun ifrazına nəzarət edir. Bu hormonun az olması hipotrioza səbəb olur. Bu da piylənmə verir.
Qanda qlükozanın miqdarı
Sağlam adamın qanında qlükozanın miqdarı müvəqqəti olaraq arta bilir. Bu orqanizmin yaşından, fiziki işindən, qəbul elədiyi qidalardan, günün vaxtından, stresslərdən asılı olur. Qanda qlükozanın yoxlanılması acqarına olmalıdır. Müayinə zamanı qlükozanın miqdarı 6 mmol-dan çox olarsa, bu maddələr mübadiləsinin pozulmasının əlamətidir. Maddələr mübadiləsi isə artıq çəkiyə səbəb olur. Qlükozanın çox olması şəkərli diabet xəstəliyinin əlaməti sayılır.
İnsulin
İnsulin mədəaltı vəzin hormonudur. Qanda isulinin normada olması maddələr mübadiləsinin normal olmasının göstəricilərindən biridir. Qanda insulinin miqdarının çox olması xəstənin iştahının çox olmasına və bu səbəbdən də çoxlu qida qəbuluna səbəb olur. İnsulinin qanda çox olması artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biridir.
Estradiol
Artıq çəkinin əmələ gəlməsinə səbəb olan amillərdən biri də estradiol hormonunun miqdarındakı disbalansdır. Bu hormon dərialtı piy toxumasının miqdarının artmasına səbəb olur. Estradiol hormonu qadınların ikincili cinsi hormonlarını idarə edir. Hormonun qanda normadan çox olması qadınların qarın, bud hissəsidə piy toxumasının yığılmasına səbəb olur.
Kortizol
Kortizol böyrəküstü vəzin hormonudur. Kortizol orqanizmin enerji mübadiləsində yaxından iştirak edir. Kortizol hormonu stress zamanı orqanizmdə yığılmış piy toxulmalarının miqdarının artmasına səbəb olur. Bu hormon enerji mübadiləsində işttirak edir və miqdarının normada olmaması piylənməyə səbəb olur.
Testosteron
Testosteron kişi hormonu sayılır, lakin bu hormondan qadın orqanizmində də olur. Testosteron və estradiol hormonıarı qadınların normal aybaşı olduqları zaman normal miqdarda olur. Bu hormonun normada olmaması maddələr mübadiləsinin pozulmasına və piylənməyə səbəb olur.
Follikulları stimulyasiya edici və lütein hormonu
Bunlar hipofizin hormonlarıdır və yumurtalıqların formalaşmasını stimulyasiya edir. Aybaşı olmayan qadınların kökəlməsinin səbəbi obların qanında bu hormonların normal miqdarda olmamasıdlr. Endokrin sisstem pozğunluqları zamanı da qanda bu hormonların disbalansı müşahidə edilir.
Bu hormonların normada olmaması kökəlməyə səbəb olur. Bu zaman arıqlamaq mümkünsüz saılır. Hormonlar səbəbli kökəlməni isə hormonal müalicə aparmaqla qarşısını almaq olur.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1304   Tarix: 17 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

turlar.az

yemek reseptleri maskalar geyim necə seçməli sevişmə biliye aid atalar sozleri 2026 burcler hamilə qadın kosmetika tapmaca oyunlar sevda səməd vurğun muellim seiri