Kökəlmək istəmirsinizsə, bayram süfrəsində mayonezi bununla əvəz edin

Kökəlmək istəmirsinizsə, bayram süfrəsində mayonezi bununla əvəz edinƏnənəvi Yeni il menyumuz sağlam qidalanma prinsiplərinə o qədər də uyğun gəlmir. Bu, xüsusilə sevimli salatlarınız və qəlyanaltılarınız üçün keçərlidir. Oliviye ilə şuba salatı və digər yeməklər həddindən artıq yağ tərkibinə görə kifayət qədər ağır və yüksək kalorilidir. Bundan əlavə, mağazadan alınan mayonezlərin əksəriyyətində zərərli maddələr var: müxtəlif konservantlar, dad artırıcılar və emulqatorlu mastiklər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri farmakoloq və Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin terapiya kafedrasının dosenti Konstantin Usov Gazeta.ru-ya müsahibəsində deyib. O bildirib ki, evdə hazırlanmış az yağlı ət, qırmızı kürü və balıqdan hazırlanmış yeməklər, yağsız toyuq, hinduşka, mal əti, qaynadılmış kartof Yeni il yeməkləri üçün daha faydalıdır. Farmakoloq Yeni il yeməklərinin hazırlanması reseptini bir az dəyişdirməyi, onları daha faydalı hazırlamağı tövsiyə edib:
"Məsələn, mağazadan alınmış mayonezi evdə hazırlanmış mayonezlə əvəz edin, soya mayonezi ilə yüngül vegetarian Oliviye salatı hazırlayın, avokadodan istifadə edin. Mayonezi az yağlı xama ilə bərabər nisbətdə qarışdıraraq salatın kalori və yağ tərkibini azaldın. Və ya adi salatları şəkərsiz kənd qatığı və pesto sousu ilə qarışdırın.
Siyənək balığı ilə hazırlanan şuba salatını, Norveç salatına dəyişə bilərsiniz. Adi yerkökü əvəzinə bir alma və turşu xiyar əlavə edin, mayonez əvəzinə isə bitki yağı və limon qatın. Qəlyanaltı kimi, ton balığı ilə doldurulmuş yumurta edə bilərsiniz. Adi yüksək kalorili yeməklər əvəzinə, sobada tərəvəz bişirin, qızılbalıq və hinduşka filesindən kotletlər hazırlayın".
O, şirin tortları isə sufle və ya jele desertlər, həmçinin evdə hazırlanmış dondurma ilə əvəz etməyi tövsiyə edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1491   Tarix: 27 dekabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

adlarin menasi sac duzumleri toy makiyaji sekilleri zaur gunay gozlerin bezedilmesi 2026 payiz geyimleri hicab ortukleri kosmetika rus dili haqisda haxisda intim munasibetler novruza aid hakistalar