Kolera: 1 milyard insanı gözləyən TƏHLÜKƏ
Dünyada fövqəladə hallara səbəb ola biləcək infeksiyalar arasında kolera hazırda ciddi təhlükə yaradır.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un (Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidmətinin) rəhbəri Anna Popova məlumat verib.
O bildirib ki, hər il bir milyarda yaxın insan kolera riski ilə üzləşir.
"Mütəxəssislər bu təhlükəli infeksiyasının coğrafi yayılmasının artdığını qeyd edirlər. Vaxtında və ya düzgün olmayan müalicə xəstəliyin ölümlə nəticələnməsinə səbəb olur", - deyə Popova bildirib.
Onun sözlərinə görə, 2021-ci ildən bəri xəstələrin sayının artması davam edir. Artıq dünyada 900 mindən çox hal qeydə alınıb.
Popova bütün ölkələrdə xəstəliyin diaqnozu üçün kifayət qədər laboratoriya imkanları olmadığını diqqətə çatdıraraq bu rəqəmin daha yüksək ola biləcəyini vurğulayıb.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi