Kondisioner ağır xəstəliyə səbəb olur: Təhlükəli bakteriya
Havaların günü-gündən isinməsi kondisioner istifadəsini artırır. Bu isə insan sağlamlığında ciddi problemlərin yaranmasına səbəb olur.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssislər bununla bağlı ciddi xəbərdarlıq ediblər.
Onların sözlərinə görə, kondisioner vasitəsilə yoluxan xəstəlik çox təhlükəlidir:
"Kondisioner xəstəliyi "Legionelle Pneumophilia" adlı bakteriyanın yaratdığı pnevmoniyadır. Bu bakteriya filtrdə çoxalır. Kondisioner müvafiq temperaturda saxlanıldığı zaman havaya bu bakteriyalar buraxılır. Xəstəliyə əsasən hotel və xəstəxanalarda tez-tez rast gəlinir. Bədən müqaviməti aşağı olan insanlarda xəstəlik daha tez yayılır. Diabet xəstələri, alkoqoliklər, kimyaterapiya, xroniki böyrək və ağciyər xəstəlikləri olan insanlarda bu xəstəliyə daha çox rast gəlinir. Düzgün təmizlənməyən kondisionerlərdə böyüyə bilən kif göbələkləri allergik və astmaya səbəb olur".
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi