Kondisionerin insanlar üçün təhlükəsiz temperaturu açıqlandı
Kondisionerin insan üçün optimal və təhlükəsiz temperaturu 22-23 dərəcədir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt, kardioloq, tibb elmləri doktoru Yuri Serebryanski yayda arzuolunmaz xəstəliklərdən qorunmaq üçün kondisionerin istifadə şərtləri barədə danışarkən bildirib.
"Kondisioner yaxşıdır. Əsas odur ki, onun altında yatmayın. Kondisioneri 18 dərəcəyə təyin etmək lazım deyil, 22-23 dərəcə temperatur rejimini tənzimləmək lazımdır. Bu zaman küçə ilə kontrast daha az olacaq. Onu yandırıb başqa otaqda qalmaq olar. Hava otaqlarda dövr edəcək, orta temperatur yaranacaq. Kondisioneri çarpayının üstündən asmaq lazım deyil", - deyə mütəxəssis əlavə edib.
Həkim vurğulayıb ki, qurğudan ehtiyatsız istifadə edilərsə, insanda pnevmoniya yarana bilər.
O, vaxtaşırı kondisionerin yuyulub təmizlənməsinə (müxtəlif bakteriyaların yığılmasının qarşısını almaq üçün) də çağırıb.
Milli.Az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu