Korifey sənətkarımız: Nəsibə Zeynalova

Korifey sənətkarımızın anadan olmasından 99 il ötür.
Korifey sənətkarımız: Nəsibə ZeynalovaOnun adı çəkiləndə istər-istəməz üzümüzdə səmimi bir təbəssüm yaranır.

Görkəmli gülüş ustası, istedadlı aktrisa, Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Əvəzolunmaz sənətkara bu istedad atası Atası Kərbəlayı Cahangirdən keçib. Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. Elə məhz Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olmuşdur.
Nəsibə xanımın ailədə yeganə övlad olub. Atası həmişə arzu edib ki, qızı onun sənətini davat etsin, ancaq bu arzusunun həyata keçməsini görmək Cahangir Zeynalova nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra dünyasını dəyişib.
O zaman görkəmli sənətkarımızın cəmi iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu həqiqətə çevirir.
Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.
Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulmuş Nəsibə xanım hələ orta məktəbdə oxuyarkən rəqs sənətinə böyük maraq göstərmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub, 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər və arvad", "Arşın mal alan" və "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Səhnəmizə saysız-hesabsız yaddaqalan obrazlar bəxş edən Nəsibə xanım gah mahir alverçi, gah əsl həyatda olduğu kimi, sədaqətli və mehriban dost, gah da zəhmli və deyingən qaynana obrazlarını canlandırıb.

O, ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə təqdim etməyi və sevdirməyi bacarıb.
Azərbaycan tamaşaçısı onun yaratdığı obrazlara dəfələrlə baxmaqdan yorulmur və sevimli sənətkarımızı unutmur.
Görkəmi sənətkarımız Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib.

Xəbərlər     Baxılıb: 1884   Tarix: 20 aprel 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

turlar.az

yaz geyimleri 2026 sade makiyaj sekilleri geyim şəkilləri islamda qadın bürclərin uyğunluğu toy ucun qisa donlar uşaq yeməyi kosmetika vətən haxışda hesaplama itburnu irem derici