Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandı

Koronavirus peyvəndlərinin dörd ildə xilas etdiyi insan sayı açıqlandıCOVID-19 pandemiyasının ilk dörd ili başa çatarkən, peyvəndlərin bu müddətdə dünyada milyonlarla insanın həyatını xilas etdiyi rəqəmlərlə təsdiqlənib. 
Milli.Az xəbər verir ki, yeni bir araşdırma peyvəndlərin xilas etdiyi yaşam illərini və Omikron dövründəki təsirini də əhatə edir.
İtaliyanın Milan şəhərində yerləşən Universite Cattolica del Sacro Cuore universitetinin rəhbərliyi ilə aparılan elmi araşdırmaya əsasən, 2020-2024-cü illər arasında tətbiq olunan COVID-19 peyvəndləri dünya üzrə təxminən 2,5 milyon insanın həyatını xilas edib. Bu isə təxminən hər 5 400 doza peyvəndə bir insan həyatı düşməsi deməkdir.
Araşdırmaya görə, ümumilikdə tətbiq olunan 13 milyard doza peyvənd dünya əhalisinin 67 faizini əhatə edib. Hər 900 dozada bir yaşam ilinin qazanılmasına töhfə verilib və bu da ildə ümumilikdə 14,8 milyon yaşam ili qazanıldığı mənasına gəlir.
Kaliforniya Universitetindən doktor Monika Qandi bildirir ki, 2023-cü il dekabrın 31-nə qədər dünya əhalisinin üçdə ikisi ilkin peyvənd dozasını qəbul etmişdi.
Pandemiyanın ilk aylarında, peyvəndlər hələ geniş yayılmadığı zaman reanimasiya şöbəsinə yerləşdirilən COVID-19 xəstələrinin təxminən 44 faizi həyatını itirirdi. ABŞ-da qeydə alınan artıq ölümlərin 72 faizi birbaşa COVID-19 ilə əlaqələndirilir və 2020-2021-ci illər ərzində dünya üzrə 14,9 milyon artıq ölüm baş verdiyi təxmin edilir.
Avropanın 18 ölkəsindən toplanan məlumatlara əsasən, təkcə 2020-2022-ci illər arasında 16,8 milyon yaşam ili itirilib.
Peyvəndlərin hazırlanması: Misli görünməmiş sürət
SARS-CoV-2 virusu ilə bağlı ilkin məlumatlar əldə olunduqdan dərhal sonra elmi dünya sürətlə hərəkətə keçib. Beynəlxalq əməkdaşlıqla hazırlanan ilk peyvəndlər klinik sınaq mərhələsinə rekord müddətdə çatıb. Bu peyvəndlərin xəstəxanaya yerləşdirmə və ölüm hallarını önləmədəki uğuru sahə məlumatları və son araşdırmalarla rəqəmlərlə də təsdiqlənib.
Araşdırmanın müəllifləri professor Stefania Botçça və doktor Ancelo Mariya Pezzullo bu təhlillə bağlı belə deyir: "Əvvəllər də bir çox araşdırma aparılıb, lakin bu iş qlobal məlumatlardan istifadə etməsi, Omikron dövrünü əhatə etməsi və xilas edilən yaşam illərini hesablaması baxımından bu günə qədərki ən genişmiqyaslı təhlildir".
Kimlərin həyatı xilas edilib?
Təhlilə görə, peyvəndlər sayəsində xilas edilən insanlar:
* 82 faizi virusa yoluxmamışdan əvvəl peyvənd olunan şəxslərdən ibarətdir;
* 57 faizi Omikron variantının yayğın olduğu dövrdə qeydə alınıb;
* 90 faizi isə 60 yaş və yuxarı şəxslərdən ibarətdir.
Bu rəqəmlər COVID-19 peyvəndlərinin xüsusilə yaşlı insanlar üçün nə qədər həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyur.
Dr. Qandiyə görə, pandemiyanın başlanğıcından bəri məlum idi ki, uşaqlar COVID-19-un ciddi fəsadları baxımından aşağı riskli qrupda yer alırdılar. Buna görə də, uşaq və yeniyetmələrin qurtarılan yaşam ili statistikasına təsiri olduqca məhdud qalıb.
Qandi bildirir ki, bu cür modelləşdirmə işləri gələcək pandemiyalarda sərt məhdudiyyətlərin zərərlərini azaldarkən, ən riskli qrupları daha effektiv şəkildə qorumağa yardım edə bilər.
Peyvəndin uğuru və qızılca ilə müqayisəsi
COVID-19 peyvəndləri böyük uğur qazansa da, tədqiqatçılar bəzi zəif cəhətləri də vurğulayırlar:
* COVID peyvəndlərinin qurtardığı yaşam illərinin, eyni dövrdə qızılca peyvəndi ilə xilas edilənlərə nisbətən 30 dəfə daha az olduğu qeyd edilir.
* Cəmiyyətlərdə peyvəndlərə qarşı yaranan güvənsizlik və tərəddüd pandemiyanın buraxdığı çətin irslərdən biri kimi göstərilir./Qaynarinfo 
Milli.Az

Xəbərlər     Baxılıb: 1302   Tarix: 31 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

turlar.az

toy makiyajlari sac duzumleri sade makiyaj sekilleri parket döşəmələr agil haqqinda atalar sözləri psixoloji məsləhətlər qadin dunyasi.az kosmetika aslan xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır burclerin uyumu dostluq səməd vurğun