Koronavirusa görə iş yerində bunlara əməl edin! - ÜST AÇIQLADI

Koronavirusa görə iş yerində bunlara əməl edin! - ÜST AÇIQLADIÜmumdünya Səhiyyə Təşkilatı COVİD-19 yeni koronavirusun iş yerlərində yayılmasının qarşısını almaqla bağlı müvafiq tövsiyələrini açıqlayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu tövsiyələr həmçinin qrip və başqa yoluxucu xəstəliklərin də yayılmasına qarşı səmərəli ola bilər.
Həmin tövsiyələrə qabaqcadan, yəni koronavirusa yoluxma halını gözləmədən əməl olunmasının mühüm əhəmiyyət daşıdığı da vurğulanır.
1. İş yerinizin təmiz və səliqəli olduğuna fikir verin
Masanın üstünü də, masadakı telefon, klaviatura və başqa əşyaları da mütəmadi olaraq dezinfeksiya maddəsilə silmək lazımdır.
Həm əməkdaşlar, həm də iş yerinə gələn şəxslər mütəmadi olaraq əllərini sabunla yumalıdırlar.
Belə ki, əllərinizi yumaqla üzərinizdə olan COVİD-19 virusunu məhv edirsiniz. Əl üçün dezinfeksiya maddələri masa yaxınlığında gözədəyən yerdə saxlanmalı və qurtardıqca yenilənməlidir.
İş yerində əlləri yumağı təbliğ edən plakatlar yerləşdirilməlidir.
2. İş yerində tənəffüs yollarının təmizliyinə səy göstərin
Tənəffüs gigiyenasını təbliğ edən plakatlar yerləşdirin.
İş yerində lazımi miqdarda tibbi maskalar, öskürək və ya zökəm xəstəsi olan əməkdaşlar üçün salfetlər, habelə istifadə olunmuş maska və salfetlər üçün qapalı qutular olmalıdır.
Ezamiyyətə gedəcək əməkdaşlara və icraçılara müvafiq təlimatlar verin.
İş yerində COVİD-19 virus yayıldığı təqdirdə yüngülcə öskürək və ya kiçik qızdırması (məsələn, 37,3 dərəcə), yaxud virusun başqa yüngül əlamətləri olanlar mütləq evdə qalmalıdır (evdən işləməlidir). Əməkdaşlara bunu xəstəliyə görə məzuniyyət hesab etmələrini başa salın.
3. COVİD-19 virusunun yayıldığı bölgədən qayıdarkən
Qayıtdıqdan etibarən 14 gün ərzində səhhətinizi diqqətlə izləyin, gündə iki dəfə hərarətinizi ölçün.
Yüngülcə öskürək və ya qızdırma (37,3 dərəcədən başlayaraq) olsa, evdə təcrid vəziyyətdə qalın. Ailə üzvlərinə, başqa şəxslərə 1 metrdən çox yaxınlaşmamalısınız. Ailə üzvləriniz vəziyyəti yerli səhiyyə qurumuna bildirib getdiyiniz səfər və büruzə verdiyiniz əlamətlərdən ətraflı xəbərdar etməlidirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1485   Tarix: 01 mart 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

maskalar kosmetika mehsullari gözəllik məhsulları döş əmən kişilər resept hamiləlikdə islamda qadinlar kosmetika vətənə aid bayatı veten haqqinda atalar sozleri xərçəng bürcü atalar sözləri rus dili 2ci ders