"Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər" - Almaniyada yaşayan azərbaycanlı həkim

"Koronavirusa yoluxanlar xəstəxanaya infarktla da gətirilə bilər" - Almaniyada yaşayan azərbaycanlı həkim"COVID-19 pandemiyası ilə mübarizənin növbəti mərhələyə keçdiyi indiki zamanda virus haqqında elmi məlumatlar da yenilənir. Belə ki, pandemiyanın başlanğıcında ağır xəstələrdə kliniki gedişatın belə olmasının səbəbi kimi təkcə ağciyərin pnevmoniyası göstərilirdisə, zaman-zaman kliniki mənzərəni çətinləşdirən digər faktorlar da öyrənilməyə başlanılıb".
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.
Həmin faktorların biri barədə danışan N.Abdullayev bildirib ki, ürək əzələsinin ilkin olaraq virus nəticəsində iltihabı prosesə cəlb olunması barədə mətbuat və televiziya vasitəsi ilə kifayət qədər tövsiyələri olub:
"Sadəcə, ürəklə bağlı onu əlavə etmək istəyərdim ki, son elmi tədqiqatlara görə, təxminən 20% xəstələr xəstəxanaya ürək infarktı simptomları ilə gəlirlər. Onlar aktiv virus daşıyıcılarıdırlar və bu virus ilkin olaraq ürək əzələsinin iltihabına səbəb olduğuna görə xəstələrdə belə simptomlar yaranır. Bunun da diaqnozunu daha dəqiq ürəyin maqnit rezonans tomoqrafiyası (MRT) ilə qoymaq olar. Vaxtında qoyulan diaqnoz Azərbaycanda belə simptomlarla gələn xəstələrdə olüm sayını azaldar".
N.Abdullayevin sözlərinə görə, ağırlaşmalara səbəb olacaq yeni elmi məlumatlardan biri də COVID-19 virusunun qanın laxtalanma sisteminə təsiridir: "Virusun bu sistemə təsir mexanizmi hələ dəqiq öyrənilməsə də, düşünülən səbəblərdən biri damarların daxili qatlarının virus nəticəsində iltihablaşmasıdır. Laxtalanma sisteminə təsir nəticə etibarı ilə kiçik damarlarda və eləcə də böyük damarlarda tromb əmələ gəlməsinə səbəb olur. Bu tromblar da müxtəlif böyük damarları tutaraq, ölümcül təhlükə yaradırlar. Məsələn, ağciyər arteriyasına düşərək ağciyər infarktı, yaxud beyini qidalandıran damarlara düşərək beyin insultu yarada bilər ki, bunlar da ağır kliniki gedişlə, hətta ölümlə nəticələnə bilər. Burada həkimlərin diqqət etməli olduğu məqam ondan ibarətdir ki, bu xəstələrdə heç də həmişə tipik ağır ağciyər pnevmoniyasına rast gəlinmir".
Nuran Abdullayev onu da bildirib ki, hazırda elmi arenada müzakirə olunan əsas mülahizələr bunlardır: "Daha öncədən damarlarında tromb olmuş insanların xüsusi risk qrupuna daxil olması;
Virusa yoluxmazdan öncə tromb əleyhinə dərman qəbul edən şəxslərin xəstəliyin ağır gedişindən sığortalanması".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1787   Tarix: 21 may 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

makiyaj instagram geyim dəbləri makiyaj etmek qaydalari veten haqqinda atalar sozleri dolça bürcü yaşıl çay valideynlərə məsləhət kosmetika buga burcu əqrəb novruza aid hakista qaynana yemekler