Koronavirusdan ölüm riskini artıran ƏSAS SƏBƏB

Koronavirusdan ölüm riskini artıran ƏSAS SƏBƏBKoronavirus epidemiyası dünyanın gündəmində olmağa davam edir. Bu müddətdə hər gün virusla bağlı yeni araşdırmalar və məlumatlar ortaya çıxır.
Milli.Az xəbər verir ki, Moskva Dövlət Universitetinin Yuxu Tibb Mərkəzində aparılan araşdırmanın nəticələrinə görə, yuxusuzluq COVID-19-a yoluxma riskini artırır.
Türkiyəli pulmonoloq, professor Məhəmməd Ağqoyunlu da bildirib ki, yuxusuzluq müdafiə sistemini zəiflətməklə yanaşı, virus infeksiyalarına yoluxma ehtimalını artırır. Eyni zamanda yuxusuzluq koronavirusun daha ağır və ölümcül olmasına səbəb olur. İmmun sisteminə təsir edən ən əhəmiyyətli faktorun yuxu olduğunu ifadə edən professor sözlərinə belə davam edib:
"Əsas mexanizmləri nəzərə alsaq, bu araşdırma tamamilə doğrudur. Çünki yuxu bədənin müdafiə sistemini tənzimləyən ən vacib tarazlıq sistemidir. Yuxu insanın həm ömrünü, həm də ömür boyu fəaliyyətlərini təyin edir. Bu səbəbdən möhkəm yuxu sağlam immunitet üçün ən vacib mexanizmdir.
Yuxusuzluq insanların virusa yoluxma ehtimalını artırır. İkincisi, yuxusuzluq koronavirusun daha şiddətli və ölümcül olmasına səbəb olur. Yoluxma zamanı yuxu nə qədər çox pozulursa, deməli, xəstəlik o qədər şiddətlidir. Ürək-damar xəstəlikləri və xərçəng riski də artmaqdadır. Bu səbəbdən vətəndaşlarımız yuxu rejimini yaxşı tənzimləməlidirlər. Erkən yaşlanma, şəkərli diabet və ürək-damar xəstəliklərinin də təməlində yuxu çatışmazlığı dayanır".
Həkimin sözlərinə görə, yuxu problemlərinin əksəriyyəti həyat tərzindən qaynaqlanır:
"Yuxunu ən yaxşı tənzimləyən şey qaranlıqdır. Qaranlıqda melatonin hormonu ifraz olunur və biz yatırıq. Smartfon işıqları isə hormonun ifraz olunmasına mane olur. Otağınızın kifayət qədər qaranlıq və sərin olmasına baxmayaraq, yata bilmirsinizsə, bu, psixoloji amillərdən asılı ola bilər. Müasir dövrün ən böyük problemlərindən biri işıq çirkliliyidir. İşıq çirkliliyi insanların yatmasına mane olur. Son illərdə geniş istifadə olunan LED tabloları yuxuya getmək üçün böyük problem yaradır". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2253   Tarix: 27 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

gelinlikler kosmetik vasiteler yaz geyimleri 2026 doğum hekayələri 1 hefteye 5 kq ariqlamaq gəlinlik və toy dəbi psixoliji məsləhətlər kosmetika janrlar hakista novruz bayramı haxışta nizami gəncəvi kəlamlar