Koronavirusdan qorunmağın ən ucuz yolu - COVİD-19-un adi qripdən fərqi

Koronavirusdan qorunmağın ən ucuz yolu - COVİD-19-un adi qripdən fərqiEhtiyatda olan həkim, 10 il profilaktik tibb sahəsində çalışmış Azad Qəhrəmanov koronavirusdan qorunmağın yollarını açıqlayıb.
Milli.Az medicina.az-a istinadən onun "Facebook" səhifəsində payalaşdığı qorunma yollarını təqdim edir:
"İmmun gücləndirici məhsullar satmış adam kimi koronovirusla mübarizə üçün bildiklərimi, anladıqlarımı paylaşmaq istəyirəm.
Son həftələrdə COVİD-19 a yoluxmuş 10-a yaxın dost-tanışla, həmçinin xəstələrlə işləyən həkim dostlarla ətraflı söhbət eləmişəm və eləcə də yenilikləri də çalışıram daim izləyim.
Birincisi COVİD-19 un adi QRİP-dən fərqi nədir?
1. Adi qripdən daha yoluxucudur. Yoluxma ehtimalı yüksəkdir.
2. Daha təhlükəlidir. Adi qripdə də pnevmoniya (sətəlcəm) ağırlaşmaları olur. Lakin COVİD-19 bu cəhətdən daha aqressivdir, daha çox adamda və daha ağır şəkildə ağciyər iltihabı yarada bilir. Təngnəfəslik və ən ağır halda isə boğulma.
Bəs necə mübarizə aparmalıyıq, özümüzü necə qorumalıyıq?
Birincisi anlamalıyıq ki bu xəstəlik bizim immun sistemimizlə COVİD-19 adlanan virusun mübarizəsində formalaşır. Yəni xəstə ilə ünsiyyətdə olmuşuqsa 100% xəstələnəcəyik deyə bir şey yoxdur. İmmunitetimiz güc gəlirsə xəstələnmirik və ya xəstəliyi əlamətsiz, çox yüngül formada keçiririk. Bəzən heç xəbərimiz də olmur.
Virus çox olursa və immunitetə qalib gəlirsə xəstəlik inkişaf edir. Və hara qədər inkişaf edəcəyi, nə qədər ağırlaşma olacağı, yenə orqanizmimizin immun gücündən və özümüzün orqanizmimizə verdiyimiz dəstəkdən (qidalanma, istirahət, vitaminlər, dərmanlar) asılıdır.
Deməli koronovirus xəstəliyinin inkişaf üçün birincisi immunitet zəifləməli, ikincisi isə orqanizmə çox miqdarda virus düşməlidir. İmmunitet çox zəifdirsə az miqdarda virus belə xəstəlik yaratmaq üçün yetərlidir.
Hələlik koronanın məlum olan ən güclü dərmanı bizim öz daxilimizdədir!
Bu bizim immun hüceyrələrimizdir. Qan analizi verəndə çıxan uzun siyahının əksəriyyəti sizin immun hüceyrələrinizi göstərir. Bax o immun hüceyrələrin bir qisminin işi elə orqanizmə düşən virusları tutub məhv etmək, hətta həzm etməkdir (yeməkdir). Avstraliyalı alimlər müəyyən ediblər ki konkret 4 növ immun hüceyrəmiz koronovirusla mübarizə aparır.
Bizim virus əleyhinə olan immun hüceyrələrimiz virus öldürməkdən həzz alırlar. Sadəcə onların bu işi yaxşı görmələri üçün birincisi sayları yetərincə olmalıdır. Orqanizm yaxşı işləyirsə, sağlamdırsa hər gün onları istehsal edə bilir. İkincisi orqanizmdə onların sərbəst hərəkət edə bilməsi üçün yaxşı şərait olmalıdır. Bədənimizdə turşu - qələvi balansı yaxşı olmalıdır, maye yetərincə olmalıdır. Məsələn davamlı olaraq çox şirniyyat yeyəndə orqanizmdə turşuluq artdığı üçün immun hüceyrələr passivləşirlər, hərəkət etmirlər. Su az içənlərdə də, fiziki cəhətdən passiv insanlarda da maye dövranı (qan, limfa, hüceyrəarası maye) zəif olduğu üçün immmun hüceyrələri "döyüş" yerlərinə vaxtında çata bilmirlər. Nəticədə virus hüceyrələrə daxil olur, artıb çoxalır.
Deməli özümüzü koronavirusdan qorumaq üçün 2 iş görməliyik. Bu iki işi doğru şəkildə etsək pandemiya bizdən və yaxınlarımızdan yan keçəcək:
1. İmmunitetimizi gücləndirməliyik. İmmunitetimiz güclü olarsa o bədənə daxil olan virusları çevik şəkildə məhv edər. Buna görə də təcili şəkildə immuniteti gücləndirən tədbirlər görməli. İmmuniteti aşağı salacaq səhlənkarlıqları isə etməməliyik. İmmuniteti nə gücləndirir:
A. Yaxşı yuxu. Ən azı 7-8 saat.
B. Bol vitamin, mineral. Meyvə - tərəvəz, bal, zəncəfil, limon. Əlavə olaraq da vitamin kompleksləri qəbul edə bilərsiz. Adətən vitamin artıqlığı olmur. Ondan qorxmayın. Bal, zəncəfil, limon da öz yerində.
C. Bol su içmək. Bura hörmətli bitkilərin dəmləməlirini də əlavə edə bilərsiniz.
D. Təmiz hava və fiziki aktivlik.
E. Bol oksigen, fiziki aktivlik. Sürətli qan dövranı immuniteti daha da gücləndirəcək.
F. Yaydır deyə günəş, hava, su vannası da qəbul edə bilərsiz. Bunların 3-ü ən yaxşı immungücləndirici prosedurlardır. Çimərlikləri gərək açalar.
2. 2-ci etməli olduğumuz iş - Orqanizmimizə çox həcmdə virusun düşməsinin qarşısını almaqdır. Virusun xəstəlik yarada bilməsi üçün onun orqanizmə düşən sayının müəyyən həddi aşması lazımdır. Orqanizmə davamlı olaraq və çox miqdarda virus düşdükdə, üstəgəl immunitet zəif olduqda artıq elə bir məqam gəlir ki viruslar bizim immun hüceyrələrini üstələyir və sonra hüceyrələrə daxil olaraq onun içində çoxalır və beləliklə orqanizmi xəstələndirir.
A. Maska taxmaq. Biz maska taxmışıqsa yaxınlığımızda xəstə adam olsa belə yoluxma ehtimalını 70% azaldırıq. Xəstə adam da maska taxmış olarsa yoluxma ehtimalı 1%-ə qədər düşür. Maska taxın və ətrafdakılardan da bnu xahiş edin.
B. Əli yumaq və spirtləmək. Xəstə öskürəndə su damcıları əlinin iç səthinə yapışır və o əli toxunduğu hər yeri infeksiya mənbəyinə çevirir.
C. İnsanların nəfəsi ilə nəfəs alacağınız qədər onlara yaxın durmayın. Məsafə saxlayın ki orqanizminizə virus düşməsin və immunitetinizi yükləməyisiniz.
Xəstəlik ən çox necə baş qaldırır?
A. Bədəni çox soyutmaq. Yaydır deyə "kondisioner soyuqdəyməsi" ehtimalı yüksəkdir. Çooox ehtiyatlı olun. Bəzən biz virusu artıq qəbul etmiş oluruq, lakin bir neçə gün sonra özümüzü yaxşıca soyuğa verəndə o baş qaldırır və aqressiv fazaya keçir.
B. Davamlı yuxusuzluq. 2-3 gün az yatmaq bəs edir ki immun sistemi çox zəifləsin və elə ilk kontaktdan virusa yoluxasan. Həkimlərin və tibb işçilərinin ən çox yoluxanlar arasında olmasının səbəbi də yuxusuzluq və xroniki yorğunluqdur.
C. Uzun müddətli kimyəvi dərman müalicəsi. Məhz bu səbəbdəndir ki son dövrlərdə hansısa xroniki xəstəlik səbəbindən uzun müddətli müalicə almış şəxslər koronaya qarşı daha zəif olurlar. Bu şəxslər heç vaxt itirmədən immun sistemlərini gücləndirməlidirlər! Xəstəliyin baş qaldırmasını gözləməyin!
Dostlar əvvəl axır biz bu virusla baş etməyi öyrənəcəyik.
Yadımdadır biz universitetə hazırlaşanda dünya QİÇS (AİDS - ingiliscə, SPİD - rusca) qarşısında aciz görünürdü.
Hazırda isə bütün ölkələrdə QİÇS mərkəzləri var və yoluxmuş şəxslər belə daimi nəzarət və bəzi dərmanların sayəsində uzun yaşaya, övlad sahibi ola bilirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1422   Tarix: 30 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

aksessuarlar yaz geyimleri 2026 toy makiyaji sekilleri qarın yağları kısa saç düzümləri salatlar veten haqqinda atalar sozleri kosmetika uzeyir baldiz məsəllər kahfe kali sevgi