Koronavirusdan sonra hansı qan xəstəlikləri ortaya çıxır?

Koronavirusdan sonra hansı qan xəstəlikləri ortaya çıxır?"Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişiklik yaratma gücünə malikdir. Trombotik ağırlaşmalar miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya kimi xəstəlilər yaradır".
Milli.Az xəbər verir ki, bunu bizim.media-ya müsahibıəsi zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.
Doktor Həmzəyev bildirib ki, ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. Müsahibəni daha geniş şəkildə diqqətinizə təqdim edirik:
- Doktor, koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?
-Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər.
- Bədxassəli qan xəstəliyi olanlar bu müddətdə nələrə diqqət etməlidir?
- Leykoz, limfoma, miyelom kimi hematoloji xərçəngi olan, aktiv müalicə alan və ya müalicəsini yeni tamamlamış şəxslərdə digərlərinə nisbətən COVID-19 daha ağır şəkildə keçə bilər. İmmuniteti zəifləmiş və ya xərçəng xəstəliyindən müalicə alanlar, onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün tövsiyə olunan tədbirlərə daha diqqətlə əməl etməlidirlər.
Bundan əlavə, dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən əvvəl mütləq xəstələrin həkim ilə əlaqə saxlamaları tövsiyə olunur.
- Koronavirus qan azlığından əziyyət çəkənlərə necə təsir edir?
- Qeyd edim ki, qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər.
Bununla da COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir. Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur.
COVID-19-un bilavasitə hematopoietik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib.
- Virusa yoluxub sağalan şəxs donor ola bilərmi?
- COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxdı. İnfeksiya simptomsuz şəkildə keçibsə müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər.
Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donor olmaq mümkündür.
Milli.Az

Xəbərlər     Baxılıb: 1844   Tarix: 11 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

geyim və ayaqqabılar aksessuarlar sade makiyaj sekilleri pul kisəsi utunun altini nece temizlemek gözəl xanım qutab xemiri kosmetika yuxuda qara ilan gormek usaq seirleri geyim yemek reseptleri sağlamlığa aid atalar sözləri