Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpisi məsləhət görülüb
"Koronavirusdan sonra xəstələrin terapiyası üçün dəniz kirpilərinin kürüsü, yosun və digər bitkilər əsasında hazırlanan preparatlar səmərəli ola bilər".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dəniz biologiyası institutunun əməkdaşı Qriqori Voskoboynikov deyib.
O bildirib ki, dəniz kirpisinin kürüsü və yosunlar immunstimullaşdırıcı xassələrə malikdir.
Həmçinin, laminariya dəniz bitkisi orqanizmdən ağır metallar və radionuklidləri çıxara bilir.
Alim qeyd edib ki, bunun əsasında yaradılan dərmanlar kimya terapiyası keçmiş onkoloji xəstələr üçün yaradılıb.
Milli.Az /news.milli.az









Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Zülalla ən zəngin çərəz