Körpə üçün ən yaxşı qida...
Körpə, ilk növbədə, yalnız və yalnız ana südü ilə qidalanmalıdır. Lakin bəzən analar körpənin rasionunu əlavə qidalarla zənginləşdirmək istəyirlər.
Milli.Az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Uşaqlar ilk ayda yalnız ana südü, 2 yaşına qədər isə qismən ana südü ilə qidalanmalıdır. Təəssüf ki, bəzi analar müxtəlif səbəblərlə əlaqədar olaraq körpələrə süni qidalar da verməyə çalışırlar".
Onun dediyinə görə, süni uşaq qidalarından çox istifadə edilməsi körpələrdə vitamin çatışmazlığına səbəb olur: "Uşaqları inək və keçi südü kimi yanlış qidalarla qidalandırmaq bir tərəfdən onların tələbatını ödəmir, digər tərəfdən tərkibində qida inqridiyentləri kifayət qədər olmur. Ona görə həm uşaq, həm də bəzən yetkin yaşlarda bəzi xəstəliklərin meydana çıxmasına səbəb olur".
Süni qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi standartlara, sanitar-gigiyena qaydalarının norma və tələblərinə cavab verməlidir. İstehlakçılar həmin məhsulların yararlılıq müddəti, keyfiyyət sertifikatı və qablaşdırmanı yoxlamalı, onun hansı yaş qrupu üçün nəzərdə tutulduğuna diqqət yetirməli və qidanın təlimatı ilə tanış olmalıdırlar.
"Ana südünə oxşar" və ya "ana südünün əvəzedicisi" ifadələrinin yazılması yolverilməzdir, çünki ana südü tərkibinə görə unikaldır.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir