Körpəni yuxuya vermək üçün məsləhətlər

Körpəni yuxuya vermək üçün məsləhətlərNormal yuxu uşağın inkişafı və sağlamlığı üçün olduqca vacibdir. Lakin bəzən valideynlər uşaqlarda ciddi yuxu pozulmaları ilə üzləşir - uşaq yuxuya gedə bilmir, əziyyət çəkir, ağlayır, gecəni pis yatır, tez-tez oyanır və s.

Uşağın normal yatmamağı bəzi ailələr üçün əsl problemə çevrilir.

Bu vəziyyətdə nə məsləhət görmək olar?

Xanim.az bildirir ki, mütəxəssislər uşağı daha tez və asan yuxuya vermək üçün bu kimi vasitələrdən istifadə etməyi tövsiyə edirlər:

- həyatın ilk aylarında süni monoton küy uşağa sakitləşdirici təsir edir və yuxuya getməyə kömək edir. Bunun üçün işləyən məişət cihazların (fen, tozsoran, paltaryuyan maşın) səsini istifadə etmək olar. İşləyən cihazın səsini diktofona yazmaq olar.

- sakit həzin musiqi də uşağı sakitləşdirir və yatızdırır.

- uşaq çarpayıların üzərində asılan oyuncaqların hərəkətləri və səsi uşağı yatızdırır.

- bəzi uşaqlara yuxuya getməyə müxtəlif əşyalar kömək edir (yumşaq oyuncaq, yumşaq dəsmal, ananın paltarı və s.).

- uşağınız süni süd qarışıqları ilə qidalandırılırsa, ona əmzik verə bilərsiniz. 1 yaşına kimi olan uşaqda ən güclü reflekslərdən biri əmmə refleksidir. Ana südü almayan uşaq daha az əmir və öz əmmə tələbini ödəyə bilmir. Bunun üçün uşağa əmzik (bəzən 2-ni, 3-nü) vermək olar. Əmzik uşağı sakitləşdirir və yuxuya getməyə kömək edir.

Ana südü ilə qidalandırılan uşağı yuxuya vermək üçün ən yaxşı və asan vasitə körpəni əmizdirməkdir. Ana südü ilə qidalandırılan uşağa əmziyin verilməsi tövsiyə edilmir.

- yuxudan əvvəl uşağı açıq havada gəzdirmək olar. Bu da uşağa yuxuya getmək üçün kömək edir.

- çox narahat uşağı yatmazdan əvvəl yüngül (sıx yox!) bələmək olar. Bu üsuldan yalnız nadir hallarda istifadə etmək olar!

- yatmazdan əvvəl uşağı çimizdirin, ona yüngül massaj edin. Bu vasitələr də uşağı sakitləşdirir və tez yuxuya getməyə kömək edir.

Təbii ki, sadaladığımız vasitələr bütün uşaqlara uyğun gəlməyə bilər. Öz vasitənizi axtarın. Uşağın şirin yuxusu üçün bütün mümkün olan vasitələrdən istifadə edin.

Ailə və Uşaq     Baxılıb: 2205   Tarix: 12 iyul 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

turlar.az

geyim seçimi yay kolleksiyasi reseptler sidik ifrazı sistemi 1 yaşına qədər körpələrə qulluq qanda viruslar magura geyim kosmetika damla haxisda novruz bayramina aid novruz prostat