Kredit borcu olanlara BƏD XƏBƏR: bundan sonra...

Kredit borcu olanlara BƏD XƏBƏR: bundan sonra...Azərbaycanda bank sektorunun ən böyük bəlası hesab olunan problemli kreditlərin həlli durmadan artmaqdadır. Bu kreditlər geri qayıtmamaqla yanaşı, bu günə kimi problemin hər hansı həlli yolu da müəyyən olunmayıb. Nəticədə banklar çıxış yolunu vətəndaşları kütləvi şəkildə məhkəməyə verməkdə görüblər.
Xanim.az xəbər verir ki, bu haqda xəbərə "Yeni Müsavat" yayıb. Xəbərdə bildirilir ki, son aylarda banklar tərəfindən məhkəmələrə müraciətlər olunub və məhkəmələrdə borclunun iştirakı olmadan birtərəfli qaydada qərarlar çıxarılıb ki, borc ödənilmədiyi halda onların adlarında olan əmlaka həbs qoyulsun. Bu barədə məhkəmə qərarları demək olar ki, kredit borcu olan əksər vətəndaşlara göndərilib. Hazırda vətəndaşlar bu məhkəmə qərarları ilə bankların onlara qarşı hansı addımları ata biləcəyindən narahatdırlar.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə deyib ki, bankların vəziyyəti ağırlaşdıqca onlar borclulara qarşı amansız olurlar: "O cümlədən məhkəmə, icra məmurları və hətta polisdən də müxtəlif yollarla istifadə edərək əhalidə xof yaratmaq istəyirlər. Sadəcə olaraq, onlardan qorxmaq lazım deyil. Təcrübəmiz göstərir ki, haqqını bilən və tələb edəndən dərhal əl çəkirlər. Bilməyənin isə üstünə gedirlər. Ona görə də bir neçə məsələni xüsusi qeyd etmək istərdim. Əvvəla, hamı bilsin ki, borc hər kəsin rəsmi əmlakı və gəliri hesabına qaytarılmalıdır. Əmlak yoxdursa, borcun qaytarılmamasına görə borclunu heç bir məsuliyyət gözləmir. Əmlak dedikdə nə başa düşülür? Torpaq, ev, avtomobil və digər əşyalar. Vətəndaşın yalnız bir evi varsa, onu əlindən ala bilməzlər. Bu zaman yaşayış üçün zəruri əşyalar istisna təşkil edir: paltar, çarpayı, soyuducu və s. Hər hansı əşyanın vətəndaşın evində olması mütləq ona mənsub olması demək deyil. Qohumları ilə birgə yaşayırsa, icra məmuru əşyanın məhz borcluya məxsus olmasını sübut etməlidir. Məsələn, tutaq ki, kişiyə məxsus evdə arvadı, oğlu və gəlini yaşayır. Evdə bahalı mebel var. Gəlin iddia etsə ki, mebel onun cehizliyidir, təbii, qayınatasının borcu üzrə həmin mebelə tutma yönəldilə bilməz. Yaxud evdə zərgərlik məmulatları var. Kişinin arvadı və gəlini həmin məmulatlarını onlara məxsus olduğunu iddia edə bilər. Evdə kompüter varsa, oğlu deyəcək ki, kompüter onundur və s. Yəni əmlakın mənsubluğunu sübut etmək vəzifəsi dövlət orqanının üzərindədir".

Hüquqşünasın sözlərinə görə, vətəndaşın yalnız yaşayış minimumu təmin edildikdən sonra onun gəliri borc üçün tutula bilər: "Gəlir dedikdə nə başa düşülür? Əmək haqqı, pensiya və bu kimi gəlirlər. Həmin gəlir borclunun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etdikdən sonra nə isə qalırsa, həmin artıq məbləğdən borc tutula bilər. Özü də maksimum həmin aylıq gəlirin yarısı tutula bilər. Hazırda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğindədir. Məsələn, ər-arvad və yetkinlik yaşına çatmayan iki uşaqdan ibarət ailədir. Onların cəmi yaşayış minimumu 602,2 manat təşkil edir. Yalnız kişi işləyir və əmək haqqı 500 manatdır. Bu əmək haqqından borc üçün heç nə tutula bilməz. Tutulsa, şikayət etmək lazımdır.

Əkrəm Həsənov bütün borclulara məhkəmə proseslərində mütləq iştirak etməyi də tövsiyə edir: "Ən azı borcun həqiqi məbləğini müəyyənləşdirmək üçün hakimdən mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsinlər. Təcrübə göstərir ki, əksər hallarda banklar şişirdilmiş rəqəmlər təqdim edir və ekspertlər borc məbləğini azaldır. Daha sonra cərimə məbləğlərinin də azaldılmasını hakimdən xahiş etmək olar. Dollar krediti üzrə isə Konstitusiya Məhkəməsinin qərarına əsasən güzəşt tələb etmək, hətta şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək olar. Yəni sonadək bankla mübarizə aparmaq lazımdır. Ümumiyyətlə, borclular nə qədər çox mübarizə aparsa, haqqını tələb etsə, qanun pozuntuları bir o qədər az olacaq və banklar çarəsizlikdən güzəştə getməyə məcbur olacaq. Son vaxtlar banklar güzəştlərə getməyə başlayıb. Sadəcə, regionlarda əhalinin hüquqi və maliyyə savadı daha aşağı olduğu üçün onların üzərlərinə daha çox gedirlər ki, qohum-qonşuların hesabına qorxudan krediti qaytarsınlar. Borclulara tövsiyəm odur ki, mətanətli olsunlar, bir-birinə dəstək olsunlar. Bir-birilərinin məhkəmə proseslərində iştirak etsinlər, bir-birilərini müdafiə etsinlər".

Xəbərlər     Baxılıb: 2204   Tarix: 29 mart 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

kosmetoloq geyim və ayaqqabılar sade makiyaj sekilleri praktik məsləhətlər maskaların hazırlanması düz qarın kombinler 2026 yay kosmetika xanim az vetene aid atalar sozu efsaneler bürcler zencefil