Lalədən Maralı qovan Əlibəyliyə: "Bu, kişiliyə sığmaz"
Son günlər aparıcı Elçin Əlibəylinin müğənni Maral Tahirqızını verilişinə çağırıb təhqir etməsi gündəmdən düşmür.
Axşam.az-ın məlumatına görə, Əlibəyli Marala "Niyə özünüzü məhv edirsiniz? Kim sizinlə zarafat edib və inanmısınız? Siz müğənni deyilsiniz. Azərbaycan musiqisinin qara, bitmiş nöqtəsisiniz" sözlərini işlədib. Daha sonra Əlibəyli onu proqramdan qovub.
Aparıcının sənətçiyə qarşı etdiyi hərəkətə müğənnilər reaksiya bildirib. Əməkdar artist Lalə Məmmədova Əlibəylini qınayıb və onun düzgün etmədiyini vurğulayıb:
"Son günlər efir məkanında baş verənlər ürəkaçan deyil. Bu mövzu isə son damla oldu. Ata-babadan görmüşük ki, kimliyindən asılı olmayaraq, qonağa hörmətlə yanaşarlar. Çağırdığın qonağı təhqir etmək, verilişdən qovmaq, aşağılamaq, heç bir kişiliyə sığmaz. Hələ qonaq qadındırsa... Allah hamımızı insan yaratdı, verdiyi pay eyni olmadı. Zəka, ağıl, düşüncə, ürək, istedad, təəssüf ki, hamımızda eyni miqdarda deyil. Buna görə də kimsə özünü başqasından yuxarı və aşağı saymasın. Güclü olan qarşısındakı zəifə gücünü göstərərək, özünü qəhrəman saymasın".
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin