Lənkəranskinin yaxını olan "qanuni oğru" Rüfət Gəncinski Bakıya gətirilir - VİDEO
Rövşən Lənkəranskinin ən yaxın adamı sayılan, Rüfət Gəncinski adı ilə tanınan 34 yaşlı Ülfət İsmayıl oğlu Tağıyev Rusiyada cəza çəkdiyi müəssisədən Bakıya ekstradisiya olunur.
Qadinsayti.az xəbər verir ki, salamnews-a etibarlı mənbənin verdiyi məlumata görə, Rüfət Gəncinski artıq cəza çəkdiyi yerdən yola salınıb, yaxın 2-3 ayda Bakıda olacaq. O, 2015-ci ildə Rusiyada 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rüfət Gəncinskiyə "qanuni oğru" adını Rövşən Lənkəranski verib. R.Gəncinski 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən birini öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinib. O, həmçinin məşhur kriminal avtoritet Ded Xasanın ölümü ilə bağlı cinayət işində də əsas fiqurlardan biri hesab olunur. İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o, sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. Rüfət Gəncinski bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edib.
Xatırladaq ki, Ülfət Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. "Rufo" adı ilə tanınan "qanuni oğru" saxta sənədlə Moskvaya gələndə tanınıb və yaxalanıb. R.Gəncinskini dəfələrlə Ded Xasanın qətlinə görə dindiriblər. Lakin o, kriminal avtoritetin qətlində hər hansı rolunun olduğunu inkar edib. "Köhnə Fayton" restoranının yaxınlığında görünməsini isə başqa həmkarları ilə görüşməsi ilə əsaslandırıb. Ded Xasanın yaşadığı evdə aparılan axtarış və onun ailə üzvlərinin dindirilməsi də heç bir nəticə verməyib.
f Paylaş








Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Necla Uyqur vəfat etdi
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ceki Çan və Devid Bekhem Çində bir arada
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi