Lyambliozun diaqnostikası və müalicəsi

Lyambliozun diaqnostikası və müalicəsiLyamblia (Giardia lamblia) mikroskopik birhüceyrəli parazitdir. Bu parazit insanın bağırsaqlarına düşəndə bağırsaqların selikli qişasını qıcıqlandırır və burada iltihaba səbəb olur.
Nəticədə lyamblioz xəstəliyi inkişaf edir. Lyamblioz kifayət qədər yayılmış patologiyadır. Uşaqlarda lyamblioza daha tez-tez təsadüf edilir.
Lyamblialar yoluxmuş insanın bağırsaqlarında müəyyən müddətdən sonra böyüyür,  sərt qişa ilə (sista) örütülür və nəcislə xaricə ifraz olunur. Belə sistalar milyonlarla ifraz olunur və xarici mühitin təsirlərinə çox davamlı olur (uzun müddət ərzində sağ qalır). Lyamblialar insan orqanizminə çirkli su, yuyulmamış meyvə, tərəvəz, giləmeyvələrdən, çirkli qablardan, oyuncaqlardan və s. düşə bilər. Həmçinin milçək və tarakanlar da  lyambliaları daşıya bilər. İnsan orqanizminə düşdükdən sonra lyamblialar sürətlə çoxalmağa başlayır.
Bir çox hallarda lyamblia ilə yoluxma özünü heç bir əlamətlə büruzə verməyə bilər və özü özündən müalicəsiz keçə bilər. İnsanın immun sistemi lyambliaları məhv edir.
Digər hallarda yoluxmuş insanda lyamblioz inkişaf edə bilər. Əksər hallarda bu immun sistemi zəif olan insanlarda baş verir. Uşaqların immun sistemi hələ ki tam formalaşmamış olur ki, bu səbəbdən onlarda lyamblioz daha tez-tez aşkar olunur. Digər tərəfdən uşaqlar tez-tez barmaqlarını, müxtəlif kiçik əşyaları, oyuncaqları ağzına salır ki, bu da yoluxmanın riskini daha da artırır.
Lambliozun simptomları 1-2 həftədən sonra üzə çıxmağa başlayır. Lyamblia əsasən nazik bağırsağı zədələyir. Nazık bağırsaqda qidanın sovrulması prosesi baş varir. Lyamblioz zamanı yağların, karbohidratların, zülalların, vitaminlərin sovrulması pozulur. Həmçinin lyamblialar öd kisəsinə, öd yolların və qara ciyərə düşə bilər və burada müxtəlif pozulmalara səbəb ola bilər.
Lyambliozun simptomları:
- Uzunsürən ishal (nəcis üfunətli, köpüklü olur). İshal bir neçə həftə ərzində davam edə bilər. İshal qəbizliklə növbələşə bilər.
- Göbək nahiyəsində kəskin ağrılar.
- Qarında köp və qazların yığılması.
- Ürəkbulanması, bəzən qusma.
- İştahanın azalması.
- Qıcqırma, gəyirmə.
- Dəridə qırmızı qaşınan səpgilərin əmələ gəlməsi, dərinin quru olması, rənginin pisləşməsi.
- Baş ağrıları, əsəbilik, yorğunluq, yuxusuzluq.
- Arıqlama (ağır formalarda).
Lyambliozun ilk simptomlarında qastroenteroloqa və ya infeksionist həkiminə müraciət etmək lazımdır. Vaxtında başlanmış müalicə tam sağalma ilə nəticələnir.
Lyamblioz diaqnozunu təsdiqləndirmək üçün həkim xüsusi qan analizləri təyin edir. Həmçinin koproqramma (nəcisin analizi) təyin olunur.
Lyambliozun müalicəsində xüsusi dərman preparatları və pəhriz istifadə olunur.
Uzun müddət ərzində mövcud olan lyamblioz çox ciddi ağırlaşmalara səbəb ola bilər. Bu səbəbdən lyambliozu vaxtında müalicə etmək lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1383   Tarix: 02 noyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

geymler 2026 qaşların formalari kosmetika mehsullari qadın hüquqları xiyar tursusunun hazirlanmasi qaydasi debli cantalar 2026 şəfalı otlar kosmetika novruz hakistasi insan efsane vətənə aid bayatılar faydalı maskalar