Mağazalarımızda darçın adı ilə satılan ədviyyat xərçəng yaradır - FOTOlar

Mağazalarımızda darçın adı ilə satılan ədviyyat xərçəng yaradır - FOTOlarDarçın - həm sağlamlıq, həm də dad baxımından tez-tez istifadə etdiyimiz ədviyyatlar arasında yer alır. Təəssüf ki, hər məhsulda olduğu kimi, darçında da böyük saxtakarlıqlar baş verir. Xüsusilə son vaxtlar darçın 2 fərqli çeşiddə satılır: Seylon (əsl darçın) və Çin darçını (kassiya).
Milli.Az evdar.az-a istinadən xəbər verir ki, Çin darçınıyla bağlı mühüm xəbərdarlıq edilib. Mütəxəssislər vətəndaşlara xəbərdarlıq edib ki, darçın alarkən onun mənşəyini yoxlasınlar. Mənşəyinin vacib olmasının səbəbi darçının tərkibindəki "kumarin" maddəsinin nisbəti ilə bağlıdır. Ağac qabığının bir növü olan Kassiyanın (Çin Darçını) tərkibində olan kumarin maddəsi Avropa Birliyi və ABŞ Səhiyyə Təşkilatları tərəfindən kanserogen hesab edilir.
 Mütəxəssislər həddindən artıq kumarin qəbulunun qaraciyərin zədələnməsinə, qanın laxtalanma prosesində problemlərə, daxili və beyin qanaxmalarına səbəb ola biləcəyini bildirib.
Kassiya darçını zəngin kumarin mənbəyidir. Bəzi elmi araşdırmalara görə, kumarindən çox istifadə qaraciyərin toksikliyi və zədələnmə riskini artırır. Çəkisi 59 kiloqram olan insan gündə 5 milliqramdan çox kumarin qəbul etməməlidir. Kassiya darçınının kumarin tərkibi çay qaşığı ilə 7 -18 milliqram arasında dəyişə bilər.
Heyvanlar üzərində aparılan araşdırmalar göstərib ki, çoxlu kumarin yemək ağciyər, qaraciyər və böyrəklərdə xərçəng şişlərinin yaranmasına səbəb ola bilər. Bununla belə, mövcud nəticələr kumarin istehlakının aşağı səviyyədə saxlanmalı olduğunu göstərir. Bundan əlavə, darçın çox miqdarda istehlak edildikdə allergik reaksiyaya səbəb olur, boğaz və ağciyərləri qıcıqlandırır, bu da ağciyərlərə daimi zərər verə bilər.
Seylon DarçınıMütəxəssislər satışda olan iki növdən yalnız biri və "əsl darçın" deyə tanınan Seylon darçınını tövsiyyə edir. Seylon darçının vətəni Şri-Lanka və Hindistanın cənub hissələridir. Bu, darçın ağacının daxili qabığından hazırlanır.
Seylon darçınında 0,1 milliqram kumarin olduğu halda, Çin darçınında isə bu miqdar 3,8 milliqramdır.
Daha çox yayılmış Çin darçını çeşidi ilə müqayisədə olduqca bahalıdır. Seylon darçınını orqanik bazarlarda tapmaq olar, lakin baha olduğu üçün ona üstünlük verilmir. Bu darçının şirniyyatlar üçün uyğun olan zərif və bir qədər şirin dadı var.
Darçın Tozu Almayın, Çubuq Alın!Toz halında satılan darçınları isə almamağınız da vacibdir. Çünki darçın tozuna işbazlar Çin darçınını əlavə etdiyi üçün Seylan darçın çubuqlarını alıb evdə özünüz üyütmək daha təhlükəsiz üsuldur.
Etiketdə qeyd edilmədiyi halda, toz halında satılan darçınlardan hansının Seylan, hansının Çin darçınına olduğunu ayırd etmək çətindir, lakin darçın çubuqlarında fərqi asanlıqla başa düşmək olar. Bu iki darçın növünü bir-birindən ayırmaq olduqca sadədir:
Əsl darçın "Seylon" daha açıq rəngdədir, nazik təbəqələrdən ibarətdir və asanlıqla qırıla bilər.
Kassiya darçını (Çin Darçını) isə tünd rəngli, qalın qatlı və hər iki tərəfi qıvrılmış içi boş boruya bənzəyir.
Onu da qeyd edək ki, darçın darçın ağacının iç qabığından hazırlanan ədviyyatdır. Kosmetika, qida və tibb sənayesində istifadə olunur. Antioksidantlarla zəngin olan darçın 2-ci tip diabet və piylənmə üçün faydalıdır. Qan şəkərinə nəzarət edir və ürək xəstəliyi üçün bəzi risk faktorlarını azaldır. Darçın çubuğu xalq arasında məşhurdur; köp və qarın ağrılarını aradan qaldırmaq üçün də istifadə olunur. Darçın tozunun iştahaaçan təsiri də məlumdur. Darçın az və ya orta miqdarda istifadə edildikdə təhlükəsiz və faydalı ədviyyatdır.
Darçının faydalı xüsusiyyətləri:
çox miqdarda vitaminlər ehtiva edir: C, E, K, B, A qrupları və minerallar: kalsium, dəmir, manqan, sink.
bədəni sərbəst radikalların zərərindən qoruyan antioksidanlar ehtiva edir.
iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
ürək-damar xəstəlikləri riskini azaldır
uşaqlara və məktəblilərə görmə qabiliyyətini gücləndirməyə və konsentrasiyanı artırmağa kömək edir, bunun üçün gündə 2-3 çimdik qəbul etmək lazımdır.
orqanizmin virus xəstəliklərinə qarşı müqavimətini artırır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1668   Tarix: 20 noyabr 2023
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

geyim seçimi toy makiyajlari kosmetik vasiteler gəlin qayınana cinsi heyat 2026 cu ilin modasi soda maskasi kosmetika vətənə aid bayatılar aslan uzeyir hacibeyli qiz burcu novruz bayramına aid hakışda