Makedoniyalı İskəndərlə bağlı DƏHŞƏTLİ FAKT: farslara şərab içirir, diri-diri yandırır, sonra...

Makedoniyalı İskəndərlə bağlı DƏHŞƏTLİ FAKT: farslara şərab içirir, diri-diri yandırır, sonra...Qədim dünya tarixinin ən parlaq səhifələri Makedoniyalı İskəndərin adı ilə bağlıdır. Qüdrətli sərkərdənin adı həm də eyş-işrət məclisləri, şərab gecələri ilə məşhurdur. Amma heç kimin ağlına da gəlməzdi ki, bu məclislər onlarla insanın həyatına son qoyar.

İmperatorun içkiyə olan ehtirası irsi idi. Bura həmçinin zəmanənin tələblərini, xalqın mədəniyyəti faktorunu da daxil edə bilərik. Makedoniyada şəraba su qatmadan içərdilər. Yunanlarsa onların bu ənənəsini barbarlıq adlandırırdılar. İskəndərin valideynləri onu lap gənc yaşlarından şəraba meyilli böyütmüşdülər.

O, zəmanəsinin ən savadlı siyasi xadimi idi. İskəndər fəlsəfənin atası sayılan Aristoteldən dərs almışdı və onu hər zaman müdriklər müşaiyət edərdilər.

Fars şəhərlərinin birinin istilası zamanı Kalan adlı məsləhətçisi özünü pis hiss edir. Hökmdara bildirir ki, yavaş-yavaş ölmək əvəzinə, özünü yandırmağı üstün tutur. İskəndər onu yolundan döndərmək istəsə də Kalan istədiyi ölümü seçib həyatına son verir. Həmin hadisəni əks etdirən əlyazmaların birində bu dəhşətli hadisə belə təsvir olunur: İskəndərin əmri ilə, mütəfəkkirə od vuruldu. O, alışıb-yandığı müddətdə, insanlar, hətta heyvanlar qışqırmağa başladılar. Kalanın cismi külə çevriləndən sonra isə İskəndər dərin kədərə qərq oldu.

Makedoniyalı İskəndərin qüdrəti həm də onda idi ki, müxtəlif xalqların mədəniyyətini birləşdirməyi bacarırdı. Bu, həm də çox ağıllı siyasi addım idi. Məsələn, o uzun müddət Olimpiya oyunlarını farslara da aşılamaq istəsə də, niyyəti baş tutmadı. Odur ki, spirtli içki üzrə yarışlar təşkil etməyə başladı.

Tezliklə yerli əhali və öz ordusu arasından 41 nəfər iştirakçı seçib müsabiqəni açıq elan edir. Yarışın şərtləri çox sadə idi. Ən çox şərab içən iştirakçı 26 kq-lıq qızıl taca sahib olacaqdı.

Farslar içkiyə çox alışqın olmadıqları üçün tünd şərabdan zəhərlənib ölürlər. Nəticədə 41 iştirakçıdan 35-i yerindəcə dünyasını dəyişir. Digər 6 nəfər, xüsusən də qalıb bir neçə gün sonra həyatdan köçür.

Müdriklər yasa dönmüş bayramı pis əlamət kimi dəyərləndirir və bildirirlər ki, bu ahlar tezliklə İskəndəri tutacaq. Təsadüfə baxın ki, belə də olur. Bir neçə aydan sonra imperator dünyasını dəyişir.(Publika.az)

Xəbərlər     Baxılıb: 1787   Tarix: 18 mart 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamiləlik qis geyimləri 2026 yay kolleksiyasi geyim kombinasiyalari dirnaqlara qulluq qaydalari ana və uşağın ev məktəbi zorlama kosmetika hakisda veten haqqinda atalar sozu vətən novruza aid hakisdalar maskalar