Manaf Ağayev: "Oğlumun toyuna gələnlərin sənədləri yoxlanılacaq" – SƏBƏB
Müğənni Manaf Ağayev dekabrın 4-də oğlu Elçinə toy edəcək.
Xanim.az Lent.az-ın məlumatına görə, ifaçı bu barədə "Hər şey daxil" verilişində deyib. O bildirib ki, oğlunun özəl günü mediaya qapalı olacaq:
"Oğul toyu qız toyundan fərqli olur. Oğul atası bir az ürəkli olur. Qız gedəndə kövrək olursan, amma indi evə gəlin gətirirsən. Toy mediaya qapalı olacaq. Çünki bunu Elçin özü istəyir. Deyir, müğənni deyiləm ki, mənim toyum çəkilsin. Qapıda mühafizə olacaq. Hamı sənədlə, şəxsiyyət vəsiqəsilə yoxlanılıb buraxılacaq. Düzdür, telefonu hər nə qədər qarşısını almağa çalışsan da, içəri keçirəcəklər, amma jurnalistlərə olmaz. Çünki media elə başlıq qoyur ki, adam qorxur, deyirsən, görəsən, içərisində nə var, nə demişəm…".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin