Maska taxılması heç bir ciddi dəri xəstəliyinə səbəb olmur

Maska taxılması heç bir ciddi dəri xəstəliyinə səbəb olmurKoronavirusdan qorunmağın əsas qaydalarından biri maska taxmaqdır. Havaların isinməsi ilə əlaqədar bəzi insanlarda dəri maskanın altında tərləyir, qaşınır və xoşagəlməz reaksiya verir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həkim-dermatoloq Solmaz Orucova bununla bağlı deyib: "Bəzən maska taxılmasının müxtəlif xəstəliklərə, məsələn, psoriaz, yəni sulu dəmrova səbəb olduğunu deyirlər. Lakin bu, düzgün məlumat deyil. Ekzema, aknelər, ağızətrafı və atopik dermatitlər əmələ gələ bilər, lakin bunlar müalicə olunan xəstəliklərdir. Allergiyaya meyilli olanlar ağız ətrafını 3-5 faizli benzol-peroksid və ya deksoponolla silə bilərlər".
Maska taxan zaman xanımların kremlərdən istifadə etməsi düzgün deyil, çünki həmin kremlər, xüsusilə də tünd rəngdə olan örtücülər məsamələri qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır.
Həkimin dediyinə görə, maskadan əvvəl və sonra dəriyə qulluq vacibdir: "Tərkibində qələvi olduğuna və dəri nəmliyini artırdığına görə üz dərisinə çoxlu sabun vurulmamalıdır. Dərinin nəmliyi azalanda isə quruyur, bu isə qırışların və yaxud quruluq seboreyasının əmələ gəlməsinə səbəb olur. Ona görə də köpük, losyon, gel və s. şəklində müxtəlif təmizləyicilərdən istifadə edilməlidir".
Xüsusilə həssas və allergik dərisi olanlar yalnız tibbi maskalardan istifadə etməli və tez-tez yenisi ilə əvəz edilməlidir. Rəngli maskalardan istifadə düzgün deyil. Ev şəraitində hazırlanan parça maskalar isə istifadədən dərhal sonra yuyulmalı və mütləq ütülənməlidir. Bundan başqa tibbi maskanı spirtləyib istifadə etmək olmaz. Bu, üzdə quruluq və digər problemlər yaradır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1490   Tarix: 30 aprel 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

kosmetoloq reseptler qadin sayti klyos donlar 2026 vetene aid bayatilar doğuşa hazırlıq hakişta kosmetika vətən haqqında bayatı janrlar zehmet ve zinet cantalar birlik