May ayında qüvvətlənmək üçün nələri yeməliyik? - Dietoloqlardan tövsiyələr
May ayında insan orqanizmi üzücü qış və yazdan çıxdığı üçün vitamin və mineral defisiti yaşayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, Moskvanın baş dietoloqu Antonina Starodubova may ayında daha çox nələrlə qidalanmaq barədə açıqlama verib.
O, insanlara təzə göy-göyərti, turp, bostan çiyələyi, alma, giləmeyvələr və yaza məxsus tərəvəzlər (pomidor, xiyar yox) yeməyi məsləhət görür.
"İmmunitet orqanizmə faydalı qida maddələri nitrientlərin lazımi miqdarda daxil olmasından asılıdır. Bu isə yalnız müxtəlif, qarışıq ərzaqlar və onlardan hazırlammış yeməklərlə mümkündür. Hər gün eyni qidalar istifadə edənlər immunitetini çökdürür.
May göyərtisi C vitamini və liflərlə zəngindir.
Qırmızı, ağ turpda olan vitaminlər ümumi immuniteti qaldırır.
"Cəfəridə olan C vitamini limondan 4 dəfə çoxdur. Təzə göyərtidə A, E, vitaminləri, maqniy, kalsium, folatlar, qlükoza, sink, dəmir, hər şey var.
İnsanlar turp yemir, amma təzə turp sarımsaq, çuğundura bərabərdir. Lipid və xolesterin səviyyəsini tənzimləyir.
Turp ağız boşluğu və nəfəs yollarını dezinfeksiya edib, iltihab əleyhinə təsir edir.
Qırmızı turpun qabığında xüsusi antosian maddə var ki, hüceyrə membranını zədələnmədən qoruyur" - deyə dietoloq izah edib.
Milli.Az /news.milli.az









Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Şam yeməyini bu saatda yeyən xəstəxananın yolunu unudur
Bu testdən keçməyən yumurtanı əsla yeməyin
Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı
Anasının dəfninə getmədi, "TikTok"da sərvət qazandı
Əlikram Bayramov qadağa dövründə balıq tutdu
Yeməklə birlikdə su içənlərə xəbərdarlıq
Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR