Meditasiya bu problemlərini pisləşdirə bilər

Meditasiya bu problemlərini pisləşdirə bilərAlimlər meditasiyanın psixikaya niyə zərərli ola biləcəyini izah ediblər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, meditasiyanın narahatlıq və depressiyanı pisləşdirə biləcəyi və bəzi psixi pozğunluqlara səbəb ola biləcəyi açıqlanıb.
Koventri Universitetinin eksperimental psixologiya kafedrasının dosenti Miqel Farias "The Conversation"a açıqlamasında tibbi jurnallarda dərc olunan meditasiyanın psixi sağlamlığa təsiri ilə bağlı 55 araşdırmanı həmkarları ilə birgə təhlil etdiklərini deyib.
Alimlər bütün tədqiqatlarda iştirak edən könüllülərin ümumi sayını müəyyən edərək onları iki qrupa ayırıblar.
Birinci qrupa meditasiyanın faydalı təsir göstərdiyi iştirakçılar, ikinci qrupa isə psixi sağlamlığı pisləşənlər daxil edilib.
Məlum olub ki, meditasiyaya cəhd edən insanların təxminən 8%-i arzuolunmaz nəticələrlə üzləşir.
Elm adamları meditasiyanın təhlükəli nəticələri arasında bunların olduğunu bildirirlər: təşviş pozuntusu, depressiyanın kəskinləşməsi, panik atak və intihar düşüncələrinin yaranması.
Bundan əlavə, bəzi insanlar əvvəllər müəyyən edilməmiş narahatlıq və depressiya əlamətlərini hiss etməyə başlayıblar.
Koventri Universitetinin alimləri əlavə ediblər ki, onlar meditasiyadan tamamilə imtina etməyə çağırmırlar. Ancaq meditasiya mütləq nəzarət altında edilməlidir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1076   Tarix: 20 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

.

Pesketaryen qidalanma nədir? Faydaları nələrdir?

Pesketaryen qidalanma qırmızı ət və quş ətinin istifadə olunmadığı, balıq və bitki mənşəli qidaların əsas götürüldüyü bir qidalanma modelidir. Zülal ehtiyacı böyük ölçüdə dəniz məhsulları və bitki mənşəli qaynaqlardan qarşılanır

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

Çılpaq yatmağın faydaları

Keyfiyyətli və dərin yuxu sağlamlığın, yüksək enerjinin və yaxşı əhval-ruhiyyənin əsas şərtlərindən biridir. Mütəxəssislər bildirirlər ki, gecə istirahətinin keyfiyyətinə təsir edən amillərdən biri də yatarkən geyim seçimidir

.

Qaşları həm sabitləyir, həm də qulluq edir: Kətan toxumu ilə təbii dəstək

Son illərdə qalın və baxımlı qaşlar gözəllik trendlərinin ayrılmaz hissəsinə çevrilib. Lakin tez-tez makiyaj etmək, yanlış qaş alma vərdişləri və ətraf mühit amilləri qaşların zəifləməsinə səbəb ola bilər. Kimyəvi tərkibl

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

.

Gecələr niyə tərləyirik? - 5 əsas səbəb

Gecələr tərləmə bir çox insanın qarşılaşdığı narahatedici hallardan biridir. xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vəziyyət bəzən sadə səbəblərlə əlaqəli olsa da, bəzi hallarda sağlamlıq problemlərinin əlamət

.

Bir stəkan çay müalicəni puç edə bilər

Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. -a istinadən xəbər verir ki, bu barədə saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Eksper

.

Enerji içkisi sevənlər oxusun

"Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər". qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri stomatolo

.

Tər çox güclü dərman imiş

Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər. -a istinadə

turlar.az

qadın geyimi yemek reseptleri qadin sayti debli cantalar 2026 dekorasiya veten haqda atalar sözləri gözəllik və makiyaj kosmetika faydalı maskalar novruz bayramına aid sanama bahar qizliq perdesi