Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmin prodüseri İslamı qəbul edib

Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmin prodüseri İslamı qəbul edibBu yeni xəbər olmasa da, bir daha xatırlatmaq istədik.- (Red.)

Səudiyyədə nəşr olunan "Okaz Online" qəzetinin məlumatına görə Hollandiya radikal sağçı azadlıq partiyasınınsabiq üzvü Arno Van Durn İslamı qəbul edib. Xatırladaq ki, İslama gəlişinə qədər o, Məhəmməd Peyğəmbəri (s) təhqir edən filmin istehsalında xüsusi rolu olub. Qəzet onun İslamın müğəddəs məkanlarını, Məkkə və Mədinəni ziyarət etdiyini vurğulayıb.

Qəzet müxbirinin sözlərinə görə, Mədinədə Peyğəmbər məscidini ziyarət edən Van Durn Həzrəti Məhəmmədin (s) məzarının yanında ağlamağa başlayıb.
Qəzet Van Durnun sözlərinə istinadən yazıb: "Mən İslam dininə münasibətdə öz radikallığı və düşmənçiliyi ilə seçilən bir partiyanın üzvü olmuşam. Peyğəmbəri təhqir edən filmin yayımından sonra müsəlmanların reaksiyalarını gördüm və İslam haqqında əsl həqiqəti, yəni müsəlmanların öz dinlərinə və Peyğəmbərə olan sevgisinin səbəblərini axtarmağa başladım " .

O, əlavə edib ki, apardığı araşdırmalardan keçmiş partiyasının Məhəmməd Peyğəmbərə (s) qarşı böyük cinayət törətdiyini anlayıb və İslam dini onu cəlb etməyə başlayıb. İslamı qəbul etməzdən əvvəl o, Bu dini dərindən öyrənməyə başlayıb və Niderlanddakı müsəlmanlarla yaxınlaşıb.

Məkkə və Mədinəyə səfər edən Van Durn, həm də Ühüd dağını ziyarət edib və deyib: "Mən bu yer və burada baş vermiş döyüş haqqında çox oxumuşam. İndi bu gün, bu dağda dayanmaqdan çox məmnunam. Burada dayanan zaman hiss etdiklərim, onu oxuyarkən hiss etdiklərimdən daha gözəldir".

Qeyd edək ki, Van Durn ziyarəti zamanı Peyğəmbər (s) məscidinin imamı ilə görüşüb, həmçinin Quba məsgidini (İslam tarixində Peyğəmbərimiz (s) tərəfindən tikilmiş ilk məscid) də ziyarət edib. Bundan sonra ümrə ziyarətini yerinə yetirmək üçün Məkkə şəhərinə gedib.

Van Durn deyib: "Mədinədən ayrılmaq kədərlidir, amma Məkkəyə gedib ümrə ziyarətini yerinə yetirmək mənə təsəlli verir. Mən tezliklə bu müğəddəsməkanlara yenidən qayıdacağam ".

//Əl Cəzirə

Xəbərlər     Baxılıb: 1984   Tarix: 18 dekabr 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

gelinlikler aksessuarlar yay geyimləri 2026 saç hörükləri dodaq sarımsaq dəri və saç kosmetika kahfe falı bayatılarımızda vətən həsrəti webnem tovuzlu kley lekesi fitat